Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1122/2024 30.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı X1 oğlunun iştirakı ilə, İddiaçı X1 cavabdeh X2 qarşı “uşaq" tələbinə dair mülki işə məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X7 cavabdeh X2 qarşı "uşaq" tələbini irəli sürərək, cavabdeh X5 ilə birgə ailə münasibətlərindən anadan olmuş, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək bildirdi ki, hazırda cavabdeh Bakı şəhərində yaşayır. Özünün dediyinə görə uşaqların onunla yaşamasına etiraz etmir. Amma o, yenə də bu işin rəsmiləşdirilməsini istəyir. Uşaqlar hazırda nənəsi və onunla birlikdə yaşayırlar. Belə hiss edir ki, cavabdehin ona qarşı istəyi olmadığı üçün ailəni tərk etmişdir. Onun cavabdehdən heç bir aliment tələbi də yoxdur, uşaqları özü saxlayır. Cavabdehlə faktiki nikahdan doğulmuş uşaqların onun yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasından, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 valideynlərinin hansının himayəsində qalması məsələsi ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasından rəy alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı işə cəlb edilir. Həmin orqanın mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 255.0 və 255.0.7-ci maddələrində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda iş üzrə icraatı dayandıra bilər. Məhkəmə hazırki iş üzrə icraatın dayandırılmasına lüzum görmür və iş üzrə məhkəmə hazırlıq iclasını 04 iyun 2024-cü il tarixə, saat 10:00-a təyin edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. İddiaçı X1 iddia ərizəsi və ona əlavə olunmuş sənədlər xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 valideynlərinin hansının yanında qalması məsələsi ilə bağlı rəy verilməsindən ötrü Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına göndərilsin.
2. Mübahisə ilə bağlı uşaqların və onların tərbiyəsi ilə məşğul olmaq istəyən şəxslərin həyat şəraitini müayinə edən aktın məhkəməyə təqdim edilməsi Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına həvalə edilsin.
3. İş üzrə məhkəmə hazırlıq iclası 04 iyun 2024-cü il tarixə, saat 10:00-a təyin edilsin.
Hakim Nicat Ağabəyov