Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1123/2025 21.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin indeksasiya edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı aliment məbləğinin indeksasiya edilməsi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-2012/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mütənasib indeksasiyası edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Göründüyü kimi iddiaçının tələbi, MPM-nin 284-1-ci maddəsinin tələblərinə cavab vermir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd edilməlidir ki, iddiaçı səhvə yol verərək ərizəsinə mülki icraat qaydasında baxılmasını xahiş etmişdir. Halbuki, indeksasiya ilə bağlı ərizələrə MPM-nin 232-ci maddəsində göstərilmiş icra icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Alimentin indeksasiyası üçün bir neçə cəhifə cümlələrin yazılmasına ehtiyac yoxdur. İddiaçı 2 nüsxədən ibarət sadə ərizəni məhkəməyə təqdim edərək, ərizəsində özünü tələbkar, Cavabdeh isə borclu qismində qeyd edib, ərizəsinə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-2012/2021 saylı qətnaməsinin təsdiq olunmuş surətini əlavə etməklə sadəcə tələbini aşağıdakı qaydada ifadə etməlidir : “Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-2012/2021 saylı qətnaməsi qət edilmiş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının mütənasib indeksasiya edilməsinə dair qərardad qəbul etməyinizi xahiş edirəm” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 269, 284-1, 284-4.1.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Cavabdeh qarşı aliment məbləğinin indeksasiya edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddia ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(049)-1123/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1123/2025
21.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver