Məhkəmə qərarları › İş №e-2(049)-1128/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1128/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1128/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı “Finca Azerbaijan” MMQBKT-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” MMQBKT Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 05 mart 2022-ci il tarixində bağlanmış **********4472 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 28% olmaqla 24 ay müddətinə 3000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 manat olmaqla bərabər hissələrə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1 maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin bu günə əsas borc üzrə 2607 manat, faiz borcu üzrə 690 manat, cərimə üzrə 169.10 manat olmaqla, cəmi 3466.10 manat məbləğində borcu yaranmışdır. Cavabdehlər yazılı və çox saylı müraciətlərinə baxmayaraq, borcu ödəməkdən imtina etmişlər. Göstərilənləri nəzərə alaraq, iddiaçı “Finca Azerbaijan” MMQBKT məhkəmədən cavabdehlər Cavabdeh əsas borc üzrə 2607 manat, faiz borcu üzrə 690 manat, cərimə üzrə 169.10 manat olmaqla, cəmi 3466.10 manat məbləğində borcun və 54.67 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdehlər Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 05 mart 2022-cu il tarixli **********4472 saylı Kredit müqaviləsindən görünür ki, “Finca Azerbaijan” MMQBKT tərəfindən Cavabdeh 28% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka əsas borc üzrə 2607 manat, faiz borcu üzrə 690 manat, cərimə üzrə 169.10 manat olmaqla, cəmi 3466.10 manat məbləğində borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı “Finca Azerbaijan” MMQBKT-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı “Finca Azerbaijan” MMQBKT verdiyi krediti, həmin kreditə hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2607 manat məbləğində əsas borc, 690 manat məbləğində faiz borcu, 169.10 manat məbləğində cərimə borcu, cəmi 3466.10 manat məbləğində pul tutularaq, iddiaçı “Finca Azərbaijan” MMQBKT-na verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Finca Azerbaijan” MMQBKT-nin cavabdehlər Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilsin. İddiaçı “Finca Azerbaijan” MMQBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********4472 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2607 manat məbləğində əsas borc, 690 manat məbləğində faiz borcu, 169.10 manat məbləğində cərimə borcu, cəmi 3466.10 manat məbləğində pul və 54.67 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “Finca Azerbaijan” MMQBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar