Məhkəmə qərarları › İş №e-2(049)-1130/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1130/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1130/2025 18.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “maddı ziyanın ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" ASC- Cavabdeh qarşı «maddı ziyanın ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1280,00 (bir min iki yüz səksən) manat sığorta ödənişi məbləğinin və 32,80 (otuz iki manat səksən qəpik) manat dövlət rüsumunun, cəmi 1312,80 (bir min üç yüz on iki manat səksən qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh Rəcəbov X1 rayonu, Çalov kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatları üzrə elektron informasiya sistemindən çıxarışdan da görünür ki, cavabdeh Rəcəbov X1 rayonu, Cəyrli Ə/D, Çalov kəndində qeydiyyatda olmaqla xx.xx.2024-cü il tarixdə ona həmin ünvan üzrə şəxsiyyət vəsiqəsi verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun müvafiq normasını hazırki iddia ərizəsi üzrə tətbiq etdikdə, iddiaçının yaşayış yeri onun qeydiyyatda olduğu ünvan 1i ünvan hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin elektron çıxarışından görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 32.80 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 32.80 manat dövlət rüsumu ona qaytarılmalıdır. Eyni zamanda, iddiaçı "xxxx" ASC-nə izah edilir ki, hazırki tələblə həm özünün, həm də cavabdehin yaşayış yeri üzrə məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “maddı ziyanın ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 32.80 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar