Məhkəmə qərarları › İş №e-2(049)-1209/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1209/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1209/2024 16.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçının nümayəndəsi: Nümayəndə, cavabdeh: Cavabdeh1 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı 9003.65 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 105 manat pulun tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 7283,00 manat məbləğində əsas borcun, 1720,65 manat məbləğində faiz borcun ümumilikdə cəmi 9003,65 manat borcun və 105 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kreditor "Hacı” Kredit ittifaqı MMC ilə borclu X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02624-1858-02 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 36 % ödəmək şərtilə 7500.00(Yeddi min beş yüz manat 00 qəpik) manat məbləğində kredit limiti ayrılmışdır və “Kreditor" həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə “Borcalan’’a kredit xətti daxilində xx.xx.2022-ci il tarixli 326№-li ödəniş tapşırığı əsasında 7500.00 (Yeddi min beş yüz manat 00 qəpik) manat məbləğində kredit vermişdir. Bu kreditə zamin kimi öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 xx.xx.2022-ci il tarixli 02624-1858-02/Z №-li zaminlik müqaviləsi ilə iştirak etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02624-1858-02№-li kredit müqaviləsinin 2-ci bəndinə görə “Bu müqaviləyə əsasən “Borcverən’’müqavilənin 2.1 və 2.3-cü bəndlərində göstərilən məbləğdə və müddətə”Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kreditdən istifadə etməyi və müəyyən müddətdə onu “Borcverən"ə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Dəfələrlə "Borcalan” və zamini ilə söhbətlər aparılmasına və müqavilə öhdəliyinin yerinə yetirilməsinin onlardan tələb olunmasına baxmayaraq, "Borcalan” və zamini tərəfindən kredit Öfırcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün "Borcalan” və zamini ilə danışıqlar aparılmış, lakin bu danışıqlardan sonra heç bir ödəniş olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 40№-li bildirişlə "Borcalan”-a və xx.xx.2023-cü il tarixli 41№-li bildirişlə zamininə rəsmi xəbərdarlıq edilmiş və kredit borcunun ödənilməsi üçün 7 (yeddi) gün vaxt verilmişdir. Buna baxmayaraq borclu tərəfindən kredit borcunun əsas məbləğinin və əsas məbləğə hesablanmış faiz borcunun kreditora qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İdarə Heyətinin sədridir. İddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddianı tam qəbul edilir. Maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur. Cavabdeh X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022ci il tarixli ərizədən görünür ki, Lənkəran rayonu, Boladı kəndində yaşayan Cavabdeh1 oğlu "xxxx" MMC-dən biznes fəaliyyəti üçün 36 faiz dərəcəsi ilə 24 ay müddətinə 7500 manat məbləğində kreditin verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022ci il tarixli 02624-1858-02 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 36 % ödəmək şərtilə 7500.00(Yeddi min beş yüz manat 00 qəpik) manat məbləğində kredit limiti ayrılmışdır və “Kreditor" həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə “Borcalan’’a kredit xətti daxilində xx.xx.2022-ci il tarixli 326№-li ödəniş tapşırığı əsasında 7500.00(Yeddi min beş yüz manat 00 qəpik) manat məbləğində kredit vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022ci il tarixli 02624-1858-02/Z №-li zaminlik müqaviləsi ilə Cavabdeh2 iştirak etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02624-1858-02№-li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02441-1842-01 nömrəli kredit və zaminlik müqavilələri üzrə 5299 manat məbləğində əsas borcu, 669,93 manat məbləğində faiz borcu ümumilikdə cəmi 5968,93 manat borcu vardır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2023cü il tarixli xəbərdarlıq bildirişlərindən görünür ki, Lənkəran rayon, Boladi kəndində yaşayan zamin Cavabdeh2 və Lənkəran rayonunun, Boladı kəndində yaşayan zamin X2 borclu olduqları barədə xəbərdar olunmuşlar. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 105 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də Cavabdeh1 etirafedici izahatından müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan 7500 manat pulu kredit kimi almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilmiş və iddiaçı ilə Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsi ilə öhdəliyin icrası təmin edilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmışdır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, cavabdeh tərəfindən iddianın etiraf edilməsini və həmin etirafin mülki iş üzrə məhkəmədə müəyyən olunan hallarla təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir.. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 02624-1858-02 nömrəli kredit müqaviləsi üzrə 7283 manat məbləğində əsas borc, 1720,65 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 9003,65 manat borc və 105 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar