Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1220/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Mən, Lənkəran rayon məhkəməsinin hakimi X1, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: TƏSVİR HİSSƏ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2276,0 manat əsas borcun, 53,44 manat faiz borcunun, cəmi 2329,44 (iki min üç yüz iyirmi doqquz manat qırx dörd qəpik) manat məbləğin və ödənilmiş 43,29 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədəiddia ərizəsinə sadələşdirilmiş icraat qaydada baxılıb iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarın icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Lənkəran filialı iləLənkəran rayonu, Girdənikənd sakini Ağacanlı (Nəzərova) Aynurə Bahadin qızıarasında 17 avqust 2021-ci il tarixli /20-LRT-04 saylı “X3 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi” (bundan sonra Restrukturizasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasənAğacanlı (Nəzərova) Aynurə Bahadin qızına cəmi illik 1% hesablanmaqla, 2276,0 (iki min iki yüz yetmiş altı manat) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 3 (üç) il müddətində ödənilməsini öz öhdəsinə götürmüşdür. CavabdehAğacanlı (Nəzərova) Aynurə Bahadin qızı ilə bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Lənkəran filialı ilə fizkişəxsCavabdeh2 arasında 17 avqust 2021-ci il tarixli 01 saylızaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Ağacanlı (Nəzərova) Aynurə Bahadin qızı qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Bağlanmış 17 avqust 2021-ci il tarixli /20-LRT-04 saylı Restrukturizasiya Müqaviləsi üzrə cavabdeh Ağacanlı (Nəzərova) Aynurə Bahadin qızının İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 2276,0 manat, faiz borcu 53,44 manat, cəmi borcu 2329,44 manat təşkiledir. Cavabdeh Ağacanlı (Nəzərova) Aynurə Bahadin qızı ilə bağlanmış Restrukturizasiya Müqaviləsinin 2.23-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna hesablanan illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavaddeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc galığına illik 2%-lə faiz hesablanır. Cavabdeh Ağacanlı (Nəzərova) Aynurə Bahadin qızına zamini Cavabdeh2 Kredit Təşkilatı ilə borcalan arasında bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşdülər. Borcun ödənilməsi tələbi ilə cavabdehAğacanlı (Nəzərova) Aynurə Bahadin qızına və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh1 və Cavabdeh2 iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normalarına istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC BOKT arasında bağlanmış 17 avqust 2021-ci il tarixli Restrukturizasiya müqaviləsinən görünür ki, cavabdeh 2276 AZN qalıq məbləği 36 ay müddətinə, illik 1 faiz və komissiya haqqı 0 manat olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. 01 Saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün kredit təşkilatı qarşısında borclananla birlikdə öhdəlik götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 2276 AZN pulu 36 ay müddətinə hər ay 64.20 AZN olmaqla sentyabr 2021-cİ il tarixdən avqust 2024-cü il tarixədək tam şəkildə ödəməlidir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 01 saylı kredit müqaviləsinə əsasən banka 2276 AZN əsas, 53.44 AZN faiz olmaqla cəmi 2329.44 AZN məbləğində borcu vardır. Ödəniş qəbzindən görünür ki, İddiaçı QSC BOKT məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 43.29 AZN dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan (pretenziya) görünür ki, iddiaçı cavabdehlərdən müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı QSC BOKT qarşısında Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 43.29 AZN dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2276 AZN əsas, 53.44 AZN faiz olmaqla, cəmi 2329.44 AZN və dövlət rüsumu olaraq ödənilmiş 43.29 AZN tutularaq İddiaçı QSC BOKT-na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(049)-1220/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1220/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver