Məhkəmə qərarları › İş №e-2(049)-1242/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1242/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1242/2024 02.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi ilə, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək iddiaçı Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QK-01019-11/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 5000 manat əsas borc, 320.81 manat faiz borcu, 237.61 manat dəbbə borcu, ümumilikdə 5558.42 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 75.58 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, Cavabdeh ilə bağlanan xx.xx.2023-cü il tarixli, QKG-01019-11/23A saylı girov müqaviləsi əsasında qızıl-zinət əşyaları olan çəkisi 5.29 qram, əyarı 585, təyin edilmiş qiyməti 519.77 AZN olan 1 ədəd sep, çəkisi 9.5 qram, əyarı 585, təyin edilmiş qiyməti 933.42 AZN olan 2 ədəd sırğa, çəkisi 3.54 qram, əyarı 750, təyin edilmiş qiyməti 445.92 AZN olan 1 ədəd üzük, çəkisi 9.7 qram, əyarı 583, təyin edilmiş qiyməti 949.8 AZN olan 3 ədəd üzük, çəkisi 9.6 qram, əyarı 585, təyin edilmiş qiyməti 943.24 AZN olan 1 ədəd komplekt, çəkisi 21 qram, əyarı 583, təyin edilmiş qiyməti 2056.28 AZN olan 2 ədəd komplekt, çəkisi 22.3 qram, əyarı 585, təyin edilmiş qiyməti 2191.07 AZN olan 3 ədəd üzüyə tutmanın yönəldilməsi, açıq hərracda satılması, həmin girov ilə təmin edilmiş kredit borcunun girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, girov predmeti olan qızıl-zinət əşyaları satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli QK-01019-11/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 5000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli QKG-01019-11/23A saylı girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli QK-01019-11/23A saylı kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, Cavabdeh özünə məxsus çəkisi 5.29 qram, əyarı 585, təyin edilmiş qiyməti 519.77 AZN olan 1 ədəd sep, çəkisi 9.5 qram, əyarı 585, təyin edilmiş qiyməti 933.42 AZN olan 2 ədəd sırğa, çəkisi 3.54 qram, əyarı 750, təyin edilmiş qiyməti 445.92 aZn olan 1 ədəd üzük, çəkisi 9.7 qram, əyarı 583, təyin edilmiş qiyməti 949.8 AZN olan 3 ədəd üzük, çəkisi 9.6 qram, əyarı 585, təyin edilmiş qiyməti 943.24 AZN olan 1 ədəd komplekt, çəkisi 21 qram, əyarı 583, təyin edilmiş qiyməti 2056.28 AZN olan 2 ədəd komplekt, çəkisi 22.3 qram, əyarı 585, təyin edilmiş qiyməti 2191.07 AZN olan 3 ədəd üzüyü girov qoymuşdur. xx.xx.2023-cü il tarixində Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə Cavabdeh arasında “Qızıl əşyalarının qiymətləndirilməsi və Banka girov qoyulması üzrə” Akt imzalanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 5.1, 7.15-ci və girov müqaviləsinin 6.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 5000 (beş min) manat, faizlərin məbləği 320 (üç yüz iyirmi) manat 81 (səksən bir) qəpik, dəbbə borcu 237 (iki yüz otuz yeddi) manat 61 (altmış bir) qəpik təşkil edir. Beləliklə cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 5558 (beş min beş yüz əlli səkkiz) manat 42 (qırx iki) qəpik təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə təşkilatın iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kreditor Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli QK-01019-11/23A saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana 12 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kreditor Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə borcalan Cavabdeh arasında xx.xx.2023-cü il tarixli QKG-01019-11/23A saylı girov müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli QK-01019-11/23A saylı kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, Cavabdeh özünə məxsus çəkisi 5.29 qram, əyarı 585, təyin edilmiş qiyməti 519.77 AZN olan 1 ədəd sep, çəkisi 9.5 qram, əyarı 585, təyin edilmiş qiyməti 933.42 AZN olan 2 ədəd sırğa, çəkisi 3.54 qram, əyarı 750, təyin edilmiş qiyməti 445.92 aZn olan 1 ədəd üzük, çəkisi 9.7 qram, əyarı 583, təyin edilmiş qiyməti 949.8 AZN olan 3 ədəd üzük, çəkisi 9.6 qram, əyarı 585, təyin edilmiş qiyməti 943.24 AZN olan 1 ədəd komplekt, çəkisi 21 qram, əyarı 583, təyin edilmiş qiyməti 2056.28 AZN olan 2 ədəd komplekt, çəkisi 22.3 qram, əyarı 585, təyin edilmiş qiyməti 2191.07 AZN olan 3 ədəd üzüyü girov qoymuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə kreditora 5000 manat əsas, 320.81 manat faiz, 237.61 manat cərimə borcu olmaqla 5558.42 manat borcu vardır. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və girov müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kimi xx.xx.2023-cü il tarixli QK-01019- 11/23A saylı kredit müqaviləsi dayanır. Məhz kreditor həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir:

1. Öhdəliyin tərəfləri;

2. Öhdəliyin məzmunu;

3. Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan xx.xx.2023-cü il tarixli QK-01019-11/23A saylı kredit müqaviləsini Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamış, bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, borcalanın kredit müqavləsi üzrə 5000 manat əsas, 320.81 manat faiz, 237.61 manat cərimə borcu olmaqla, 5558.42 manat kredit borcu vardır. Həmin arayış məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində deyilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış cərimə məbləği tərəflərin əmlak vəziyyətinə və mənafelərinə uyğundur. Ona görə də dəbbə pulunun azaldılmasına lüzum görmür. Tələbin tutmanın girov predmetinə yönəldilməsi barədə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (Mülki Məcəllənin 269.1-269.4-cü maddələri). Girovun və ipotekanın əmələ gəlmə əsaslarından bəhs edən Mülki Məcəllənin 270.1-ci maddəsində göstərilmişdir ki, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 272-ci maddəsində qeyd olunmuşdur ki, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Mülki Məcəllənin 276.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir (Mülki Məcəllənin 280.1, 281.1 və 281.2-ci maddələri. Mülki Məcəllənin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 301-ci maddəsində qeyd olunmuşdur ki, saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Sadalanan maddi hüquq normalarını hüquqi cəhətdən qiymətləndirən məhkəmə göstərir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün tutmanın girov predmetinə yönəldilməsi tələbini irəli sürməkdə iddiaçı haqlıdır. Hazırda da cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün tələb həmin əmlaklara yönəldilməli, əmlaklar açıq hərracdan satılmaqla satışından əldə olunan pul vəsaiti kredit borcunun tutulmasına yönəlməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 75.58 manat və 0.40 manat xidmət haqqının əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5000 manat əsas borc, 320.81 manat faiz borcu, 237.61 manat dəbbə borcu, ümumilikdə 5558.42 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 75.58 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh ilə bağlanan xx.xx.2023-cü il tarixli, QKG-01019-11/23A saylı girov müqaviləsi əsasında qızıl-zinət əşyaları olan - çəkisi 5.29 qram, əyarı 585, təyin edilmiş qiyməti 519.77 AZN olan 1 ədəd sep, çəkisi 9.5 qram, əyarı 585, təyin edilmiş qiyməti 933.42 AZN olan 2 ədəd sırğa, çəkisi 3.54 qram, əyarı 750, təyin edilmiş qiyməti 445.92 AZN olan 1 ədəd üzük, çəkisi 9.7 qram, əyarı 583, təyin edilmiş qiyməti 949.8 AZN olan 3 ədəd üzük, çəkisi 9.6 qram, əyarı 585, təyin edilmiş qiyməti 943.24 AZN olan 1 ədəd komplekt, çəkisi 21 qram, əyarı 583, təyin edilmiş qiyməti 2056.28 AZN olan 2 ədəd komplekt, çəkisi 22.3 qram, əyarı 585, təyin edilmiş qiyməti 2191.07 AZN olan 3 ədəd üzüyə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, kredit borcu girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməli, girov predmeti olan qızıl-zinət əşyaları satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğ Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 5000 manat əsas borc, 320.81 manat faiz borcu, 237.61 manat dəbbə borcu, ümumilikdə 5558.42 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 75.58 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh ilə bağlanan xx.xx.2023-cü il tarixli, QKG-01019-11/23A saylı girov müqaviləsi əsasında qızıl-zinət əşyaları olan - çəkisi 5.29 qram, əyarı 585, təyin edilmiş qiyməti 519.77 AZN olan 1 ədəd sep, çəkisi 9.5 qram, əyarı 585, təyin edilmiş qiyməti 933.42 AZN olan 2 ədəd sırğa, çəkisi 3.54 qram, əyarı 750, təyin edilmiş qiyməti 445.92 AZN olan 1 ədəd üzük, çəkisi 9.7 qram, əyarı 583, təyin edilmiş qiyməti 949.8 AZN olan 3 ədəd üzük, çəkisi 9.6 qram, əyarı 585, təyin edilmiş qiyməti 943.24 AZN olan 1 ədəd komplekt, çəkisi 21 qram, əyarı 583, təyin edilmiş qiyməti 2056.28 AZN olan 2 ədəd komplekt, çəkisi 22.3 qram, əyarı 585, təyin edilmiş qiyməti 2191.07 AZN olan 3 ədəd üzüyə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın və kredit borcu girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin. Girov predmeti olan qızıl-zinət əşyaları satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğ Cavabdeh tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar