Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1258/2025 10.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8955,03 manat əsas, 1444,28 manat faiz, 227,87 manat məbləğində cərimə olmaqla, cəmi 10627,18 manat məbləğində borcun və 121,88 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin açıq hərracda satılaraq tələb edilən borca ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2024-cü il tarixli, LN0250002-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 9347 manat kredit vermişdir. Bu müqaviləyə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öz öhdəsinə götürmüş, həmçinin borcverən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən qızıl-zinət əşyalarını iddiaçıya girov qoymuşdur. Lakin, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq ödəməli olduğu borcunun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Hazırda Cavabdeh İddiaçı ASC-yə ödənilməmiş 8955,03 manat əsas, 1444,28 manat faiz və 227,87 manat məbləğində cərimə borcu mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, LN0250002-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2029-cu il tarixinədək, illik 48% ödəmək şərtilə 9347 AZN məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, LN0250002-2024 saylı çərçivə kredit və girov müqaviləsi üzrə girov biletinə (Əlavə № 2) əsasən, xx.xx.2024-cü il tarixli, LN0250002-2024 saylı çərçivə kredit və girov müqaviləsi üzrə kredit xəttinə təminat olaraq “Girovqoyan” Cavabdeh tərəfindən girov kimi təklif edilmiş 6602,60 manat dəyərində qızıl-zinət əşyaları İddiaçı ASC-yə saxlanca verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh 8955,03 AZN əsas, 1444,28 AZN faiz, 227,87 AZN cərimə, cəmi 10627,18 AZN borcu vardır. ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 121,88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2029-cu il tarixinədək, illik 48% ödəmək şərtilə 9347 AZN məbləğində kredit köçürülmüş, “Girovqoyan” Cavabdeh tərəfindən 6602,60 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin üçüncü – satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələbin həmin hissəsi qətnamənin icrası qaydasında özü həllini tapan məsələdir. Eyni zamanda, iddia tələbinin həmin hissəsi qeyri-müəyyən olduğu üçün təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) özqətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2539, 398, 339 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8955,03 AZN əsas, 1444,28 AZN faiz, 227,87 AZN cərimə, cəmi 10627,18 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 121,88 AZN məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma girov predmeti olan və İddiaçı ASC-yə saxlanca verilmiş - 1 ədəd 585 əyarlı, 57,10 qram çəkidə 1 ədəd sepə, 2 ədəd qolbağa, 1 ədəd 585 əyarlı, 8,40 qram çəkidə sepə, 1 ədəd 750 əyarlı, 15,30 qram çəkidə 1 dəst brilliant sırğa-üzüyə, 1 ədəd 750 əyarlı, 5,50 qram çəkidə brilliant üzüyə və 1 ədəd 585 əyarlı, 20,10 qram çəkidə 1 dəst qarnitura yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-1258/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1258/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver