Məhkəmə qərarları › İş №e-2(049)-1259/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1259/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1259/2024 23.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 23 may 2024-cü il tarixdə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5847.42 manat əsas, 1013.78 manat faiz və 260.3 manat cərimə olmaqla cəmi 7121.50 manat borc və 91.62 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barəsində cavabdeh lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə hazırlıq iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq özünün hərbi qulluqda olduğu dövrdə müvəqqəti olaraq Lənkəran rayonunda qeydiyyatda olduğunu, hazırda isə Quba rayonu, Alpan kəndində qeydyyatda olmaqla orada yaşadığını göstərib, mülki işi aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclası onun iştirakı olmadan keçirilməsini mümükün sayır. Məhkəmədə iddiaçının nümayəndəsi Rahim Seyfullayev ərizənin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəyə dair fikrini dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Elektron portaldan müəyyən olunur ki, cavabdeh Quba rayonu, Alpan kəndində rəsmi qeydiyyatdadır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263- 264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh ərizəsi təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar