Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-126/2024 16.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2.295,30 (iki min iki yüz doxsan beş manat 30 qəpik) manat əsas, 6,31 (altı manat 31 qəpik) manat faiz borcu olmaqla, cəmi 2.301,61 (iki min üç yüz bir manat 61 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 43,02 (qırx üç manat 02 qəpik) manat dövlət rüsumunun tutulması – tutmanın ipoteka predmeti olan «MG 350» minik markalı (Tip: sedan, Buraxılış ili-2013, Ban-LSJA16E90DG000619, mühərrik nömrəsi: 15S4UA1GC3210220) **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi X2 tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli LFFA/003 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli LFA/159 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiya olunması məqsədilə illik 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti tətbiq edilməklə 3.890 (üç min səkkiz yüz doxsan) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan «MG 350» minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-LSJA16E90DG000619, mühərrik nömrəsi: 15S4UA1GC3210220) **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu məqsədlə cavabdehlə xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********412 saylı xx.xx.2023-cü il tarixli və **********828 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə əsas borcu 2.295,30 (iki min iki yüz doxsan beş manat 30 qəpik) manat, faiz borcu 6,31 (altı manat 31 qəpik) manat, cəmi borcu 2.301,61 (iki min üç yüz bir manat 61 qəpik) manat təşkil edir. Kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən, cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli LFFA/003 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə xx.xx.2013-cü il tarixli LFA/159 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiya olunması məqsədilə illik 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti tətbiq edilməklə 3.890 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, 25 sentyabr 2019-cu il tarixli LFFA/003 nömrəli kredit müqaviləsinin təminatı kimi sonuncunun mülkiyyətində olan «MG 350» minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-LSJA16E90DG000619, mühərrik nömrəsi 15S4UA1GC3210220) **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuşdur. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh 60 ay müddətində ilk 1 il hər ay 3.24 manat, sonrakı aylarda isə 82.71 manat olmaqla xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 2.295,30 manat əsas, 6,31 manat faiz borcu olmaqla, cəmi 2.301,61 manat kredit borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 43,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli LFFA/003 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli LFA/159 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiya olunması məqsədilə illik 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti tətbiq edilməklə 3.890 (üç min səkkiz yüz doxsan) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan «MG 350» minik markalı (Tip:sedan, Buraxılış ili- 2013, Ban-LSJA16E90DG000619, mühərrik nömrəsi: 15S4UA1GC3210220) **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu məqsədlə cavabdehlə xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********412 saylı xx.xx.2023-cü il tarixli və **********828 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və cavabdeh götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərin aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 269.1, 269.2 və 270.1-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli və Cavabdeh 2.295,30 manat əsas, 6,31 manat faiz borcu olmaqla, cəmi 2.301,61 manat kredit borcu və dövlət rüsumuna görə 43,02 manat tutularaq iddiaçıya verilməli, tutuma ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan «MG 350» minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban- LSJA16E90DG000619, mühərrik nömrəsi: 15S4UA1GC3210220) **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin nəqliyyat vasitəsi açıq hərraca çıxarılaraq satılaraq qeyd olunan borc məbləğinin ödənilməsinə yönəldilməli, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.295,30 manat əsas, 6,31 manat faiz borcu olmaqla, cəmi 2.301,61 manat kredit borcu və dövlət rüsumuna görə 43,02 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutuma ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan «MG 350» minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-LSJA16E90DG000619, mühərrik nömrəsi: 15S4UA1GC3210220) **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin. Həmin nəqliyyat vasitəsi açıq hərraca çıxarılaraq satılsın, satışdan əldə edilən vəsait qeyd olunan borc məbləğinin ödənilməsinə yönəldilsin və satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-126/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-126/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver