Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-127/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RP-B0378-14/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixə ödənilməmiş 7888.44 manat əsas borc, 294.16 manat faiz borcu və 14.23 manat dəbbə pulu olmaqla, ümumilikdə 8196.83 manat borcun, iddianın qaldırılması üçün ödənilmiş 102 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması, Cavabdeh2 ilə iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKG-00378- 14/21A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 hektar torpaq sahəsində yerləşən, 253.5 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00378-14/21A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 72 ay müddətinə illik maksimal 35 faiz ödəmək şərti ilə 50000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kreditlər verilə biləcəyi razılaşdırılmışdır. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli MK-00378-14/21Asaylı Əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli, RP-B0238-14/23A saylı Əlavə Razılaşma bağlanmışdır. Əlavə Razılaşmaya əsasən cavabdehə 36 ay müddətinə, illik 24 ödəmək şərtilə 8182.55 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçıyla MKZ-00378-14/21Asaylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində Cavabdeh2 iddiaçı Bank "xxxx" ASC ilə xx.xx.2021-cü il tarixli, MKG- 00378- 14/21A saylı ipoteka müqaviləsi bağlayaraq, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 hektar torpaq sahəsində yerləşən, 253.5 kvadrat metr sahədən ibarət fərdi yaşayış evini ipotekaya qoymuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 7888.44 manat, faiz borcu 294.16 manat, dəbbə pulu 14.23 manat, cəmi borc 8196.83 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın” qiymətləndirilməsi hesabatına əsasən Cavabdeh2 məxsusolan Lənkəran rayonu, Sütəmuradov kəndində 0.06 hektar torpaq sahəsində yerləşən, 253.5 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 160000 manat, likvid dəyəri isə 130000 manat müəyyən olunmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh və zaminlərə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqavilələrin müvafiq olaraq 9.3-cü və 7.2-ci maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.1 %-i məbləğində gündəlik cərimə tətbiq edir. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə cavabdeh X1 qeydiyyat yeri olan Lənkəran rayonu, Sütəmurdov kəndinə rəsmi bildiriş göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran Rayon Sütəmurdov kənd sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh1 qeydiyyat yeri olan Lənkəran rayonu, Tükəvilə kəndinə rəsmi bildiriş göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran Rayon Separadi kənd sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmənin yeri və vaxtı barədə cavabdehlər X3 və Cavabdeh1 məxsus mobil nömrələrə Elektron SMS vasitəsi ilə məlumat verilsə də, cavabdelər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2020-ci il tarixli, ********** nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 hektar torpaq sahəsində yerləşən, 253.5 kvadrat metr sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK-00378-14/21A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 72 ay müddətinə illik maksimal 35 faiz ödəmək şərti ilə 50000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kreditlər verilə biləcəyi razılaşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli MK-00378-14/21Asaylı Əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli, RP-B0238-14/23A saylı Əlavə Razılaşma bağlanmışdır. Əlavə Razılaşmaya əsasən cavabdehə 36 ay müddətinə, illik 24 ödəmək şərtilə 8182.55 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərtilə kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2021-ci il tarixdə iddiaçıyla MKZ-00378-14/21Asaylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 əsas kreditin təminatı qismində Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Cavabdeh2 iddiaçı Bank "xxxx" ASC ilə xx.xx.2021-cü il tarixli, MKG-00378- 14/21A saylı ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 hektar torpaq sahəsində yerləşən, 253.5 kvadrat metr sahədən ibarət fərdi yaşayış evini ipotekaya qoymuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 7888.44 manat, faiz borcu 294.16 manat, dəbbə pulu 14.23 manat, cəmi borc 8196.83 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın” qiymətləndirilməsi hesabatına əsasən Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Sütəmuradov kəndində 0.06 hektar torpaq sahəsində yerləşən, 253.5 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 160000 manat, likvid dəyəri isə 130000 manat müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 102 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehələrə ayrı-ayrılıqda öhdəliyin yerinə yetirilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Bunları nəzərə alan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdeh tərəf, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və və ümumiyyətlə, bu halı mübahisələndirmir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin həddi nəzərə alınmaqla iddianın «kredit borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə» hissəsi əsaslıdır. Məhkəmə bildirir ki, iddia tələbinə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbi də daxildir və bununla bağlı qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən maddi hüququ normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və iddiaçı Bankın tələbi üzrə tutma ipoteka predmeti olan və yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməli və həmin mənzil açıq hərracdan satışa çıxarılmalıdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Məhkəmə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ilkin satış qiyməti ilə əlaqədar qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti iddiaçı tərəfindən müəyyən edilərək tələb olunan məbləğdən açıq-aşkar şəkildə yüksək olduğundan, habelə cavabdehlərin buna dair hər hansı etirazı olmadığıından məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin Qiymətləndirmə və Hüquq Xidmətləri” MMC-nin xx.xx.2021-ci il tarixli “daşınmaz əmlakın” qiymətləndirilməsi hesabatında göstərildiyi kimi 160.000 manat kimi müəyyən edilməsini əsaslı saymışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RP-B0378-14/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixə ödənilməmiş 7888.44 manat əsas borc, 294.16 manat faiz borcu və 14.23 manat dəbbə pulu olmaqla, ümumilikdə 8196.83 manat borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmaqla iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İş üzrə ödənilmiş 102.40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmaqla iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Cavabdeh2 ilə iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKG-00378- 14/21A saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 hektar torpaq sahəsində yerləşən, 253.5 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilsin, həmin yaşayış evinin açıq hərracda satılsın və həmin ipoteka ilə təmin edilmiş kredit borc ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin. İpoteka predmetlərnin ilkin satış qiyməti - Cavabdeh2 mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.06 hektar torpaq sahəsində yerləşən, 253.5 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 160 000 manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq müştərək qaydada tutulmaqla iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-127/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-127/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver