Məhkəmə qərarları › İş №e-2(049)-1281/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1281/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1281/2023 31.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «borc tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh oğhı arasında bağlanmış xx.xx.2019-cü il tarixli 008A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh Nuraddin oğlundan İddiaçı QSC- nin xeyrinə 1300,92 manat məbləğində kredit borcu. 6.18 manat mbləğində faiz borcu və 42.31 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1349 (min üç yüz qırx manat 41 (qırx biri qəpik məbləğində borcun və tərəfimizdən ödənilmiş 33,49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 008A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılımız hissəsi olan İ saylı əlavədə müəyyən olunmuş plan üzrə hissə-hissə qaytarmaq şərti ilə 2680.75 (iki min aln yüz səksən) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-d bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış kredit müqaviləsi üzrə 05,08.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan, ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1379.83 manat ödəniş etmiş və onun iddiaçıya 1300.92 maant məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytanlmasınudək hesablanır.Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1,1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik kı, o, kredit borcunu və faiz borcmu qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 193 gün üçün hesablanmış faiz borcu 6.18 manat təşkil edir. İddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyətininə məhkəmənin yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, lakin ərizə göndədərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədədə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2019-cu il tarixli, 008A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 0,0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılımaz hissəsi olan İ saylı əlavədə müəyyən olunmuş plan üzrə hissə-hissə qaytarmaq şərti ilə 2680.75 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, 008A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh 1300,92 manat məbləğində kredit borcu, 6.18 manat mbləğində faiz borcu və 42.31 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1349 məbləğində borcu vardır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023- cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı QSC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 33,49 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsi əks halda məhkəməyə müraciət oluncağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya buMəcəllədə və ya müqavilədə nəzərdətutulan digər hallarda dəyişdirilə və yaləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yənişərtləşdirilmiş vaxtda və yerdə lazımişəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər vətələblər olmadıqdaisəişgüzaradətlərə və yaadətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkətetməlidir. Azərbaycan RespublikasıMülkiMəcəlləsinin 442-cimaddəsinəəsasən öhdəliyin icraedilməməsi dedikdə onun pozulması və yalazımıncaicra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqlaicraedilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi vəicra müddətiçatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icraedilməməsi borclunun icranı gecikdirməsisayılır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, göstərilən normalara əsasən hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı QSC-yə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1300.92 manat kredit borcu, 6.18 manat faiz borcu, 42.31 manat cərimə borcu olmaqla ümumilikdə 1394.41 manat borc və ödənimiş 33.49 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar