Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1293/2024 18.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 547.99 manat əsas, 7.77 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.20 manat faiz və 3.27 manat cərimə borcu - cəmi 626.23 manat borc, 30 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehlərin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehlərə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda, bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidirlər. Eyni zamanda, cavabdehlərə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər bildirişi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərini xx.xx.2024-cü il tarixdə almışlar, lakin iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM102000035 saylı restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 547.99 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM102000035 saylı zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüş, lakin müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh2 kredit üzrə 547.99 manat əsas, 7.77 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü ii tarixli Plenum qərarına əsasən hesablanmş 67.20 manat faiz, və 3.27 manat cərimə borcu yaranmışdır. Cavabdehlərə xəbərdarlıqlar edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər iddiaçı ilə onlar arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehlərin iddiaçıya 547.99 manat əsas, 7.77 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.20 manat faiz və 3.27 manat cərimə borcu - cəmi 626.23 manat borcu qalmışdır. İddiaçı cavabdehlərdən birgə qaydada 626.23 manat borc, 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2020-ci il tarixli, LM102000035 saylı restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh2 12 ay müddətinə illik 1 % ödəmək şərti ilə 547.99 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləsinin şərtlərinə əsasən cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlərlə iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehlərdən birgə qaydada 547.99 manat əsas, 7.77 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.20 manat faiz və 3.27 manat cərimə borcu - cəmi 626.23 manat borc, 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən birgə qaydada 547.99 manat əsas, 7.77 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.20 manat faiz və 3.27 manat cərimə borcu, cəmi 626.23 manat borc məbləği tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 30 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 547.99 manat əsas, 7.77 manat faiz, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 67.20 manat faiz və 3.27 manat cərimə borcu, 30 manat dövlət rüsumu - cəmi 656.23 manat birgə qaydada tutularaq iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-1293/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1293/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver