Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-131/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc» tələbinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ : İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh əsas borcu 818.69 AZN, faiz borcu 213.41 AZN, cərimə borcu 122.80 AZN, həmçinin ərizəyə görə ödənilmiş 30.40 AZN dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1186.85 AZN iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh həmin kiçik iddiaya qarşı etiraz vermiş, etirazını onunla əsaslandırmılşdır ki, ona çatacaq əşyalar başqa şəxslərə verilmişdir. Buna görə də iş iddia icraatına keçirilmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 1104 AZN məbləğində kredit verilmiş və bununla bağlı BOKT «Embafinans" QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 492-LLM-0741-23 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1 -ci bəndinə əsasən “Borcalan" Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən" kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan" özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT “Embafinans" QSC-nə xx.xx.2024-cü il tarixə əsas borcu 818.69 AZN, faiz borcu 213.41 AZN, cərimə borcu 122.80 AZN olmaqla ümumi borcu 1154.90 AZN təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına və məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT “Embafinans" QSC-ini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. (Mülki Məcəllənin 421.2-ci maddəsi). Kredit Müqaviləsinin 3.1 -ci bəndinə əsasən, “Borcalan" Müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən"ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə iclasını onların iştirakı olmadan keçirib iddialarının təmin olunmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iddiçının nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirlməsinə dair ərizə verib Cavabdeh əsas borcu 818.69 AZN, faiz borcu 213.41 AZN, cərimə borcu 122.80 AZN, həmçinin ərizəyə görə ödənilmiş 31.95 AZN dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1186.85 AZN iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddialarını müdafiə edərək göstərmişdir ki, onlar üzərilərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehlə kredit müqaviləsi bağlamış və onun almaq istədiyi mala görə pulu sahibkarın hesabına köçürmüşlər. Lakin, onlar cavabdehin bunun əsasında almalı olan paltaryuyan maşınının onun evində quraşdırılmamasına görə məsuliyyət daşımırlar. Malın quraşdırılması onu satan sahibkarın öhdəliyidir. Malda hər hansı bir qüsur olarsa, buna görə də sahibkar cavabdehdir. Sahibkar malın quraşdırılıb-quraşdırılmaması barədə onlara məlumat vermir. Sahibkar malın quraşdırılmasını təqsdiqləyən təhvil-təslim aktını tərtib etməlidir. Sahibkar tərəfindən həmin akt tərtib edilməsə belə, kredit öhdəliklərinə görə iddiaçı qarşısında Cavabdehlik daşıyır. Məhkəmədən iddialarının təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli izahlı arayışında qeyd etmişdir ki, X4 məxsus mağazadan “LG” markalı paltaryuyan maşının alması məqsədilə xx.xx.2023-cü il tarixli, 492-LLM- 0741-23 saylı kredit müqaviləsi əsasında Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə, BOKT "xxxx" QSC tərəfindən 1104 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləği BOKT "xxxx" QSC ilə X5 arasında bağlanmış 26 avqust 2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinin 2.2.3-cü bəndinə və xx.xx.2023-cü il tarixli, 492-LLM-0741-23 saylı Kredit müqaviləsinin 2.2.1-ci bəndinə əsasən X3 Bank of Baku ASC-də olan **********00 saylı hesab nömrəsinə köçürülmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyib göstərmişdir ki, kredit onun adına rəsmiləşdirlsə də, həmin kreditlə alınmış mal onun ünvanına çatdırılmayıb, digər şəxsə verilib. İddiaçı tərəfindən dəfələrlə ona zəng edilərək kreditin qaytarılması tələb olunsa da, o, onlara bildirmişdir ki, mal ona verilməmişdir. Hesab edir ki, iddiaçı sahibkar Arzuman Baxşiyevlə əlbidir. O, iddiaçı ilə kredit müqaviləsi bağladıqdan sonra, iddiaçı müvafiq məbləği X6ın hesabına köçürmüşdür. Sonuncu öz növbəsində ona çatası malı ona təqdim etməli idi. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixli arayışda, “Alıcı” qrafasında icra edilmiş imza onundur və o, məhkəmədən müqavilənin əslinin təqdim olunmasını xahiş edir. O, hazırlıq iclasından fərqli olaraq məhkəmə baxışı iclasında iddianı qismən qəbul edib, əlavə olaraq göstərmişdir ki, malın sahibkar tərəfindən ona çatdırılıb-çatdılrılmamasına iddiaçı nəzarət etməli idi. Çünki, onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsində belə bir bənd olmalıdır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmənin təşəbbüsü ilə işə cəlb edilmiş 3-cü şəxs, sahibkar X5 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə, məhkəmə hazırlıq iclasında bildirmişdir ki, iddiaçı cavabdehə satılacaq paltaryuyan maşına görə onların hesabına pul köçürmüş, onlar da həmin maşını cavabdehlə onların mağazasına gəlmiş Maqsuda təqdim etmişlər. Belə ki, cavabdeh, qonşusu Maqsudla onların mağazasına gəlmiş, malı Maqsud bəyənmiş, bundan sonra cavabdehlə Maqsud çıxıb getmiş, sonuncu 01 saatdan sonra mağazaya avtomobil yollamış və onlar həmin malı həmin avtomobilə yükləmişlər. Bundan 03 ay sonra cavabdeh ona bildirmişdir ki, Maqsud mağazadan aldığı mala görə onunla problem yaradır. Verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdehlə Maqsud birlikdə mağazaya gəlmiş, onlara bildirmişlər ki, onlar bir yerdədirlər, onlar mağazadan hər ikisi bir yerdə çıxmış, cavabdeh onlardan xahiş etmişdir ki, malı Maqsuda versinlər. Özü mağazaya göndərilmiş “QAZel” avtomobilin sürücüsünü tanımır, Maqsud həmin vaxt cavabdehin adını vermiş, malı alıcıya verən zaman alqı-satqı müqaviləsi bağlamırlar. X1 izahatına cavab olaraq cavabdeh bildirmişdir ki, o, çox şəxslərlə mağazaya gələ bilər, lakin o, malın Maqsuda verilməsini sahibkardan xahiş etməmişdir. Məhkəmə işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. MƏHKƏMƏ İCLASİNDA TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: xx.xx.2023-cü il tarixli 492-LLM-0741-23 saylı Kredit Müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh tərəfindən satışı həyata keçirilən malı/malları almaq məqsədilə 18 ay müddətinə qaytarmaq şərti ilə 1104 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh krediti xx.xx.2023-cü il tarixdən xx.xx.2025ci il tarixədək, əsas borc 1104 və faiz borcu 321.48 manat olmaqla, cəmi 1425.48 manat ödəməyi öhdəsinə götürmüşdür. X2 ilə cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, avadanlıq tam və qüsursuz olaraq cavabdehin ünvanında xx.xx.2023-cü il tarixdə quraşdıralacaq. Avadanlıq qeyd olunan ünvana tam və qüsursuz şəkildə çatdırılıb, quraşdırılmadığı təqdirdə məsuliyyət X3 üzərindədir. Hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə 445 manat ödəniş məbləği, 285.31manat ödənilmiş kapital, 158.49 manat ödənilmiş faiz və 1.20 manat ödənilmiş cərimə həyata keçirilmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli 492-LLM-0741-23 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə əsas borcu 818.69 AZN, faiz borcu 213.41 AZN, cərimə borcu 122.80 AZN, ümumi borcu 1154.90 AZN təşkil edir. Xəbərdarlıqlardan görünür ki, iddiaçı mübahisənin məhkəmədənkənar həllinə cəhd göstərmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı BOKT "xxxx" QSC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31.95 manat dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ : Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 31.95 manat dövlət rüsumu Cavabdeh aid edilməli və ondan tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Belə ki, MPM-nin 218.3-cü maddəsində əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ona çatdırılmalı olan “LG” markalı paltaryuyan maşınının çatdırılmamasına görə onun BOKT "xxxx" QSC-i qarşısında kreditlə bağlı məsuliyyət daşımamasına, aralarında başlanmış müqavilədə buna görə BOKT "xxxx" QSC-nin cavabdehlik daşımasına dair cavabdehin göstərdiklərinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 492-LLM-0741-23 saylı Kredit Müqaviləsinin 3.5-ci bəndinə əsasən «Borcverən» «Borcalan» qarşısında «Borcverən»dən asılı olmayan səbəblərə görə (istehlak mallarındakı hər hansı bir qüsura, uyğunsuzluğa, «Borcalan”a bu Müqavilə üzrə satılmalı olan istehlak mallarının vaxtında verilməməsinə, «Borcalan”ın göstərdiyi ünvanda quraşdırılmamasına və hər hansı digər hallarda) görə heç bir məsuliyyət daşımır. Qeyd olunan hallar baş verdikdə «Borcalan» «Borcverən» qarşısında bu Müqaviləyə əsasən götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir. Göründüyü kimi, iddiaçı cavabdeh qarşısında quraşdırılmamış “LG” markalı paltaryuyan maşına görə cavabdehlik daşımır və cavabdeh hər bir halda iddiaçı qarşısında götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, işdə olan və X2 ilə cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, avadanlığın tam və qüsursuz olaraq cavabdehin ünvanında xx.xx.2023-cü il tarixdə quraşdıralması, tam və qüsursuz şəkildə çatdırılması, quraşdırılmadığı təqdirdə məsuliyyət X3 üzərindədir. Yəni bu arayış bir daha iddiaçının satıcı tərəfindən malın quraşdırılmamasına görə məsuliyyət daşımadığını təsdiq edir. Cavabdeh malın quraşdırılmamasına görə X2na iradlarını bildirməklə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tam əsaslıdır və buna görə də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc 818.69 AZN, faiz borcu 213.41 AZN, cərimə borcu, 122.80 AZN, həmçinin ərizəyə görə ödənilmiş 31.95 AZN dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1186.85 AZN Cavabdeh alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-131/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-131/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver