Məhkəmə qərarları › İş №e-2(049)-1334/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1334/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1334/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 338nkLKN/22 nömrəli kredit müqaviləsi üzrə 4636.18 manat əsas borc, 497.52 manat faiz borcu, 17.92 manat cərimə - cəmi 5151.62 manat borc və 71.92 manat dövlət rüsumu məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 338nkLKN/22 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 18 % dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək 4686 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6276 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin ödənişi qaydalarına riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 4636.18 manat əsas borc, 497.52 manat faiz borcu, 17.92 manat cərimə - cəmi 5151.62 manat borcu vardır. Cavabdehə rəsmi xəbərdarlıq edilsə də, o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən həmin müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, borcverən müqavilə üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 71.92 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 4636.18 manat əsas borc, 497.52 manat faiz borcu, 17.92 manat cərimə - cəmi 5151.62 manat borc və 71.92 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 338nkLKN/22 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə (ödəniş cədvəli), xx.xx.2023-cü il tarixli bildiriş, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, xx.xx.2024-cü il tarixli hesabdan çıxarış ilə müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə illik 18 % dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək 4686 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin, kredit üzrə əsas borcu və onun faizlərini ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə müqavilə müddətində cəmi 6276 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Müqavilə müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya cəmi 817 manat ödəniş edilmiş, həmin məbləğin 767.18 manatdan ibarət hissəsi faiz borcuna, 49.82 manatdan ibarət hissəsi isə əsas borca hesablanmışdır. Cavabdeh onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə ona xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 71.52 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli 338nkLKN/22 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 4636.18 manat əsas borc, 497.52 manat faiz borcu, 17.92 manat cərimə - cəmi 5151.62 manat borc və 71.92 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsinə və müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə qarşı hər hansı etiraz irəli sürməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçı tərəfin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2022-ci il tarixli 338nkLKN/22 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 4636.18 manat əsas borc, 497.52 manat faiz borcu və 17.92 manat cərimə məbləği tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 71.52 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 338nkLKN/22 nömrəli kredit müqaviləsi üzrə 4636.18 manat əsas borc, 497.52 manat faiz borcu, 17.92 manat cərimə 71.52 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı - cəmi 5223.54 manat tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar