Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1394/2023 31.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh 1342 manat məbləğində vurulmuş maddi ziyan və iş üzrə ödənilmiş 34 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi BA 111095 saylı, xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən ona məxsus “Toyota Prius” markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2022-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi yəni 12 gün etibarnamə əsasında idarə etməsi üçün Cavabdeh vermişdir. Cavabdeh tərəfindən avtomobil ona geri qaytarəlarkən avtomobilin üzərində Cavabdeh Yol Hərəkətləri haqqında qanunun tələblərini müxtəlif vaxtlarda pozması nəticəsində avtomobilə 1302,5 manat cərimə tətbiq edilmiş və həmin vaxtı bu barədə Cavabdeh bildirilmiş lakin, Cavabdeh bu cəriməni ödəməkdən boyun qaçırmışdır. Cavabdeh təyin olunmuş sözügedən cəriməni 2 ay müddətindən artıq ödəmədiyindən avtomobilin üzərinə həbs qoyulmuşdur. O, bu cəriməni məcbur olub öz vəsaiti hesabına ödəmişdir. Bu səbəbdən Cavabdeh 1342 manat məbləğində vurulmuş maddi ziyan və iş üzrə ödənilmiş 34 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutlmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı etibarnamə ilə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh 77BD563 dövlət seriya nömrəli, “Toyota Prius” (hibrid) minik markalı avtomaşını etibar edib və bu etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (12 gün) qüvvədədir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********* saylı, 995126534, 995126536, 995126538, 995126611, 995126613, 995126615, 995126617, 995126619, 995126622, 995126624, 995126626, 995126628, 995126531, 995126633, 995126635, 995126637, 995126639, 995126642, 995126644, 995126646, 995126648, 995126661, 995126663, 995126665, saylı qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən hökümət ödəniş portalı vasitəsilə edilən ödənişlərin məbləği ümumilikdə 1342 manat təşkil edir. Yuxarıda qeyd edilən bütün ödəniş qəbzlərində ödəyicinin adı “Cavabdeh”, ünvanı isə “ünvan 3əmə” İnformasiya Sistemindən əlavə edilmiş məlumatdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. Beləliklə iddia tələbində qeyd edildiyi kimi sözü gedən ödənişlərin İddiaçı tərəfindən həyata keçirildiyinə dair iş materiallarına mötəbər sübut əlavə edilməmişdir. Həmçinin iddia tələbində qeyd edilən və yuxarıda göstərilən ödəniş qəbzləri ilə edilən ödənişlərin kimin tərəfindən və nə vaxt törədilən inzibati xətaya görə ödənildiyinə dair də iş materiallarına hər hansı mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməməli və iş üzrə ödənilmiş 34 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1394/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1394/2023
31.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver