Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1462/2024 06.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran rayon məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi və məhkəmə iclas katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan "xxxx" ASC-nin xeyrinə 2597.61 AZN əsas, 406.78 AZN faiz, cəmi 3004.39 AZN pul vəsaitinin və 50.04 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM2147586B299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətində, illik 27 faiz dərəcəsi ilə 2969 AZN məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası arasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesabalanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. ƏSASLANDİRCİ HİSSƏ Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş BUMM4441693A221 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi, həmçinin kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 36 ay müddətinə, illik 27 faiz olmaq şərtilə 2969 AZN məbləğində kredit ayrılması üçün müqavilə bağlanmış və həmin vəsait sonuncunun elektron imzası əsasında ona məxsus kart hesabına köçürülmüşdür. Maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BUMM4441693A221 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 2597.61 AZN əsas borc, 406.78 AZN faiz borcu, cəmi 3004.39 AZN borcu qalmışdır. Xəbərdarlıq arayışından görünür ki, bank tərəfindən cavabdehə qrafikə uyğun ödəniş apamadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə, həmçinin qanunun tələbinə uyğun olaraq onun barsində müvafiq tədbir görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 50.04 dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləki, tərəflər arasında elektron qaydada bağlanmış kredit müqaviləsindən məlum olur ki, bank cavabdehin kart hesabına 36 ay müddətinə 27 faiz drəcəsi olmaqla 2969 manat vəsait köçürmüş, cavabdeh isə müqavilənin şərtlərinə əsasən öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 50.04 AZN dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə NƏTİCƏ HİSSƏ QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron qayadada bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM2147586B299 saylı kredit müqaviləsinə əsasən 2597 AZN əsas və 406.78 AZN faiz olmaqla cəmi 3004.39 AZN pul vəsaiti, həmçinin 50.04 AZN dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(049)-1462/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1462/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver