Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-151/2025 28.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizə ilə sadələşdirilmiş iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Cavabdeh1 iddiaya qarşı etraz etməklə işin iddia icraatına keçirilməsini Lənkəran Rayon Məhkəməsindən xahiş etmişdir. Lənkəran Rayon Məhkməsinin 2(049)-4079/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilərək məhkəmənin hazırlıq iclası 15 yanvar 2025-ci il tarixinə təyin edilmişdir. Həmin mülki iş bu ilə keçdiyi üçün işə 2(049)-151/2025 saylı nömrə verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3085/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 2.364 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/3085/RES nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********255 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda, xx.xx.2024cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2.452,65 AZN təşkil edir. Bundan 2.360,25 AZN əsas, 92,40 AZN faiz borcu təşkil edir. Sadalananları nəzərə alaraq cəmi 2.452,65 manat borc olmaqla – bundan 2.360,25 manat əsas, 92,40 manat faiz borcunun və iş üzrə ödənilmiş 44.53 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddia tələbində göstərilən borc məbləğinin artıq hesablandığını bildirərək iş üzrə məhkəmə mühasibatlıq-ekspertizasının keçirilməsini xahiş etdi. Digər cavabdehlər ekspertizanın keçirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin xx.xx.2025-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılımışdır. Ekspertin rəyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, ekspert rəyinə etiraz etmədiklərini bildirb və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ekspert rəyini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 08/3085/RES saylı kredit müqaviləsindən görünür ki,Cavabdeh1 illik 01 faiz dərəcəsi ilə, 60 ay müddətinə 2364 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 08/3085/RES saylı zaminlik müqaviləsində görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ona zamin durmuş və borcun ödənilməsi üçün bank qarşısında bocalanla birlikdə öhdəlik götürmüşlər. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/791 saylı ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, 08/3085/RES saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka 2360.25 manat əsas, 92.59 manat faiz borcu vardır. Ekspertiza xərci 30 manat təşkil eləyir. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 44.53 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, Sadalanan Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, LPO "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08/3085/RES saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə ödənilmək şərtilə 2364 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bank digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə 08/3085/RES saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. Cavabdeh1 oğlu kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər. Hal-hazırda cavabdehlərin LPO "xxxx" ASC-yə əsas borc üzrə 2360.25 manat, faiz borcu üzrə 92.40 manat olmaqla ümumilikdə 2452.65 manat məbləğində borcu mövcuddur. İşin göstərilən halları iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 LPO "xxxx" ASC qarşısında borclu Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, işdə olan zaminlik müqaviləsinin 4.1-ci bəndindən görünür ki, bu müqavilə tərəflərin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövrlər ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. Məhkəmə iclasında müəyyən olundu ki, əsas borclu Bank qarşısında olan öhdəliyi icra etməmiş və iddiaçı kredit müqaviləsinin müddəti bitənədək borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, zaminlik müqaviləsi qüvvədən düşməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 2360.25 manat icra edilməmiş əsas borc və 44.53 manat faiz borcu olmaqla, ümumilikdə 2452.65 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 44.53 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mühasibatlıq ekspertizasının rəyinə əsasən mövcud faiz borcu 92.59 manat hesablansa da, iddiaçı 92.40 manat faiz borcunu tələb etdiyindən, faiz borcu həmin məbləğdə hesablanmalıdır. Belə ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, 30 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli 08/3085/RES saylı kredit Kredit müqaviləsi üzrə 2360.25 manat əsas borc, 92.40 manat faiz borcu və 44.53 manat dövlət rüsumu, cəmi 2497.18 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. 30 manat ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilsin və onlardan müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(049)-151/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-151/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver