Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1528/2025 12.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, iddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbini irəli sürmüşdür. İddiaçının Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək mülki işin baxılmamış saxlanması, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin onlara geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məlumat göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak etmiş cavabdehlərdən Cavabdeh2 iddiaçı ilə razılığa gəldiklərini və kredit borcunu tam şəkildə bağladıqlarını bildirmiş, iddiaçının nümayəndəsi Anar Cabbarov da cavabdehin dedikləri ilə razı olduqlarını borcun qarşılıqlı razılıq əsasında bağlandığını və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalı və sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 126.86 manat dövlət rüsumu ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 126.86 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 vəCavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli qəbzə əsasən ödənilmiş 126.86 manat dövlət rüsumu iddiaçının hesabına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-1528/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1528/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver