Məhkəmə qərarları › İş №e-2(049)-16/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-16/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-16/2025 30.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə «X5» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" KB ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" KB ASC-nin xeyrinə 2.269,45AZN əsas, 974,7AZN cərimə borcu olmaqla, cəmi 3.244,15 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 52,95 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra Hesab adlanacaq) açılmağı və Hesab üzrə plastik kart(lar) (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yolverməmək. X6 razılaşdırılmadan kartın balansında olan pulvəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. İddiaçı Bank tərəfindən açılmış hesab üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixinə ümumilikdə 2269.45 AZN əsəs, 974.70 AZN cərimə, ümumi 3244.15 AZN məbləğində texniki overdrafta yol verilmiş, lakin sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixinə 2269,45 AZN əsas, 974,7 AZN cərimə borcu olmaqla, cəmi 3244,15 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının müvafiq ekspert rəyi ilə də Cavabdeh tərəfindən texniki overdrafta yol verildiyi halı təsdiqlənmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehim iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, ona qarşı irəli sürülmüş iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 8 yanvar 2020-ci il tarixindən etibarən “UNİMİLES” debet kartını aktiv istifadə etmiş və hesabımdan mütəmadi olaraq müxtəlif məbləğlərdə tranzaksiyalar həyata keçirmişdir. Eynilə həmin tranzaksiyalardan bir neçəsini 2021-ci il Aprel ayının 6-sı həyata keçirmiş və həmin günün sonlarında hesabına 2500 manat məbləğində pul vəsaiti mədaxil olmuşdur normal qaydada, hansı ki, bu ilk dəfə baş vermirdi. Hər kəsin bildiyi kimi, bu kimi tranzaksiyalar, yəni kart hesabına kimsə tərəfindən pul köçürüldükdə pulu qəbul edən tərəfə pulun mənbəyi ilə bağlı məlumat verilmir, eynilə 2021-ci ilin 6 Aprel tarixində 18:37 tarixində olduğu kimi. Pulun daxil olması ilə bağlı mesajda normal olaraq pulun hansı səbəblər, kim tərəfindən göndərildiyi qeyd edilməmişdi, öncə də qeyd etdiyi kimi kart hesabına ilk dəfə deyildi ki, belə məbləğ köçürülürdü, hər halda məsləhət xidməti verdiyi şəxslərdən biri tərəfindən köçürülmüşdür deyə düşünmüşdür, çünki bunu təkzib edəcək əlavə heç bir bildiriş, mesaj, zəng və s. yox idi. Məbləğin hesabına daxil olmasından sonra restoranda kartla ödəniş etmiş və bir neçə saat sonra ATM-dən hesabınmda olan məbləğin böyük qismini nağdlaşdırmış, ancaq hesabında təqribən 231 manat pul hələ də saxlamışdır hər hansı nağdsız ödənişlər üçün. Beləcə həyat normal axarında davam etmiş və nə az nə çox 24 saat sonra hesabımdan Unibank tərəfindən sürpriz şəkildə, heç bir xəbərdarlıqsız 2500 manat silinmiş və debit kart hesabımda mənfi balans yaranmışdır. Bununla yanaşı, yuxarıda qeyd etdiyim 24 saat ərzində Unibank tərəfindən ona heç bir şifahi və yazılı məlumat verilməmiş, texniki səhvə görə üzr istənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş: “Ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında” xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra Hesab adlanacaq) açılmağıvə Hesab üzrə plastik kart(lar) (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankınmüəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-cimaddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yolverməmək öhdəliyi nəzərdə tutulmuşdur. X6 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 9/2434 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeud edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən cari hesabdan çıxarış məlumatlarına əsasən, aparılan əməliyyatlar üzrə Cavabdeh texniki overdrafta yol verməsi müəyyən edilir. Bundan başqa "xxxx" ASC-dən təsdiq olunmuş formada Mərkəzi Banka təqdim olunan kart hesabından çıxarışa əsasən son əməliyyat tarixinə cavabdehin "xxxx" ASC-yə olan borcu 2.269,45 manat təşkil edir. 24 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə olan borcu 2269,45 manat əsas, 974,7 manat faiz borcu olmaqla, cəmi 3244,15 manat təşkil edir. İş materiallarında olan bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin tərəfindən iş üzrə Cavabdeh banka olan borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmiş və həmin vəsaitin ondan alınması ilə əlaqadar məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 52,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçı Bank tərəfindən açılmış hesab üzrə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixinə ümumilikdə 2269.45 manat məbləğində texniki overdrafta yol verilmiş, lakin sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlərietməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.1-cimaddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq texniki overdrafta yol verdiyi təqdirdə iddiaçı bank qarşısında yaranan borcuna dair öhdəliyi icra etməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə yol verilmiş texniki overdrafta görə 2.269,45 manat və 150 manat cərimə borcu olmaqla, cəmi 2.419, 45 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,95 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə yol verilmiş texniki overdrafta görə 2.269,45 manat və 150 manat cərimə borcu olmaqla, cəmi 2.419,45 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,95 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar