Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1607/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borc tələbinə dair» mülki işə 16 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edədək 4585.15 manat əsas, 407.77 manat faiz, 104.22 manat cərimə, cəmi 5096.81 manat borcun və 71.37 manat dövlət rüsumunun cavabdehdən xeyrləırinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. xx.xx.2024-cü il tarixdə elektron qaydada məhkəməyə iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına tələbinə dair ərizəsi daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə 71.37 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının ərizəsi təmin olunsun. "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borc tələbinə dair» mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də iddia ərizənin verilməsi üçün xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 71.37(yetmiş bir) manat 37 qəpik dövlət rüsumu "xxxx" KB ASC-nə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(049)-1607/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1607/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver