Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1667/2024 01.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işin materiallarını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi ilə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatına qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə qeyd edilən ünvanına ünvan 1 göndərilmişdir. Cavabdehə göndərilən məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması - tərxis olunması əsası ilə geri qaytarılmışdır. Bundan sonra şəxsiyyət vəsiqəsi məlumatları üzrə elektron informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, Cavabdeh hazırda Qobustan rayonu Poladlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə işi icraata qəbul edərkən iddiaçı tərəfindən Cavabdeh iddia ərizəsində qeyd olunan ünvanına istinad etmişdir. Lakin iş məhkəmənin icraatında olduğu müddətdə cavabdehin qeydiyyat yerini müəyyən etmək məqsədi ilə şəxsiyyət vəsiqəsi məlumatları üzrə elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən cavabdehin xx.xx.2023-cü il tarixdən Qobustan rayonu Poladlı kəndində daimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan iddiaçı hazırki tələblə Lənkəran Rayon Məhkəməsinə müraciət etməyə haqlı olmamış və iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Ona görə də hesab edirəm ki, cavabdeh Lənkəran rayonu ərazisində qeydiyyatda olmadığına və yaşamadığına, o, Qobustan rayonu Poladlı kəndində daimi qeydiyyatda olduğuna görə mülki iş baxılması üçün Qobustan Rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Qobustan Rayon Məhkəməsinə verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-1667/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1667/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver