Məhkəmə qərarları › İş №e-2(049)-1700/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1700/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1700/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Kəlbiyev Museyib Xudaqulu oğluna, Cavabdeh3 və X3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə 12 iyun 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Kəlbiyev Museyib Xudaqulu oğlu, Cavabdeh3 və X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 012CASA192420013 saylı 30 avqust 2019-cu il tarixli Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay güzəşt müddət olmaqla 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15156,13 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh3 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli 012FİZAM75347001 saylı və Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli 012FİZAM44766304 saylı Zaminlik müqavilələri imzalanmış və onlar həmin müqavilələr üzrə öhdəlikləri öz üzərilərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehlərin İddiaçıSC-yə xx.xx.2023-cü il tarixinə 10372,77 manat əsas kredit borcu, 6,28 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 10379,05 manat borcu qalmaqdadır. Göstərilənləri nəzərə alaraq, İddiaçı ASC ilə cavabdeh Kəlbiyev Museyib Xudaqulu oğlu arasında bağlanmış 012CASA192420013 saylı 30 avqust 2019-cu il tarixli güzəştli kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Kəlbiyev Museyib Xudaqulu oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10372.77 manat əsas kredit borcun, 6.28 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 10379.05 manat pulun, həmçinin 121.14 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 012CASA192420013 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı ASC tərəfindən Kəlbiyev Museyib Xudaqulu oğluna 12 ay güzəşt müddət olmaqla 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15156,13 manat məbləğində kredit verilmişdir. Zaminlik müqavilələrinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 012FİZAM75347001 saylı müqavilə üzrə Cavabdeh3 və xx.xx.2019-cu il tarixli 012FİZAM44766304 saylı müqavilə üzrə Cavabdeh2 bank qarşısında Kəlbiyev Museyib Xudaqulu oğlunun kredit müqaviləsindən irəli gələn öhdəliyini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Maliyyə arayışından görünür ki, Kəlbiyev Museyib Xudaqulu oğlunun xx.xx.2023-cü il tarixə 10372.77 manat əsas borc və 6.28 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 10379.05 manat məbləğində borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Kəlbiyev Museyib Xudaqulu oğlu kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, İddiaçı ASC ilə cavabdeh Kəlbiyev Museyib Xudaqulu oğlu arasında bağlanmış 30 avqust 2019-cu il tarixli 012CASA192420013 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh Kəlbiyev Museyib Xudaqulu oğlundan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 10372.77 manat əsas borc və 6.28 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 10379.05 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı ümumlikdə 121.14 manat məbləğində dövlət rüsumu köçürmüşdür. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı ASC-nin cavabdehlər Kəlbiyev Museyib Xudaqulu oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. İddiaçı ASC ilə Kəlbiyev Museyib Xudaqulu oğlu arasında bağlanmış 30 avqust 2019-cu il tarixli 012CASA192420013 saylı kredit müqaviləsi ləğv edilsin. Kəlbiyev Museyib Xudaqulu oğlundan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10372.77 manat əsas borc və 6.28 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 10379.05 manat məbləğində pul, həmçinin 121.14 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar