Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-172/2025 22.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı «Rabitəbank” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə, Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı «Rabitəbank” ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü tarixli LNLMB-11502 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 20472,04 manat, faiz borcuna görə 1858,07 manat, cəmi 22330,11 manat pul və dövlət rüsumu kimi ödənilmiş 157 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş sırqa - 2 ədəd, çəkisi-10,3, əyarı-750, kulon - 1 ədəd, çəkisi-8, əyarı-750, seplər- 4 ədəd, çəkisi-32,6, əyarı-585, komplekt - 3 ədəd, çəkisi-4,8, əyarı-583, kulonlar - 3 ədəd, çəkisi-2,9, əyarı-585, sırqalar - 2 ədəd, çəkisi-8,8 əyarı-585, qolbaqlar- 2 ədəd, çəkisi-3,6, əyarı-585, üzüklər - 3 ədəd, çəkisi-11,3, əyarı-585, sep+qolbaq - 2 ədəd, çəkisi- 14, əyarı-500, sep kolye qolbaq - 2 ədəd, çəkisi- 56, əyarı-583, qolbaq - 1 ədəd, çəkisi- 18,8, əyarı-583, imperial - 3 ədəd, çəkisi-19,4, əyarı-880, onluq - 1 ədəd, çəkisi-8,2, əyarı- 880; beşlik - 4 ədəd, çəkisi-17,1, əyarı-880; beşlik - 1 ədəd, çəkisi-4,1, əyarı-750, sep Quran qabı- 1 ədəd, çəkisi-68,5, əyarı-583, üzük - 2 ədəd, çəkisi-7,5, əyarı-585,sırqa - 2 ədəd, çəkisi-4,8, əyarı-583, komplekt - 3 ədəd, çəkisi-11,7, əyarı-750; beşlik - 1 ədəd, çəkisi-4,3, əyarı-880,sırqalar (1-i tək) - 7 ədəd, çəkisi-13,5, əyarı-583,kulon - 1 ədəd, çəkisi- 4,6, əyarı-583, cəmi: 334,8 qram qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2024-cü tarixli LNLMB-11502 saylı kredit müqaviləsi üzrə cəmi 22330,11 manat pul və dövlət rüsumu kimi ödənilmiş 157 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2024-cü tarixli LNLMB-11502 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq iddia tələbinin qanunsuz və əsassız olduğunu göstərib vəsatətini onunla əsaslandırmışdır ki, ona borcla bağlı İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə rəsmi xəbərdarlıq edilmişdir. Bu səbəbdən də, hesab edir ki, xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edildiyi üçün, İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı kredit müqaviləsinin xx.xx.2024-cü il tarixdən etibarən ləğv edilmiş hesab edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan əlavə xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi, onunla bank arasında xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı girov müqaviləsinə əlavə (iddia ərizəsində qeyd olunan iş materialında olan akt) 22 adda müxtəlif ölçülü və müxtəlif əyyarlı ümumi çəkisi 334.80 qram olan qızıl zinət əşyalarının həmin tarixdə olan likvid bazar qiyməti həmin günə bankın qiymətləndiricisi tərədindən qiymətləndirilmişdir. Atrıq həmin qiymətəndirmədən 1 ilə yaxın müddət ötüb. Qızılın bu günə olan 1 qramının qiyməti 1 il öncə qiymətləndirilən məbləğlə kəskin fərqi vardır. Qiymətləndirmə aparan mütəxəssisin məsuliyyəti olmadığından, qoyduğu qiymətlər mötəbər sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Odur ki, vəsatətinin təmin edilməsi, xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı Kredit müqaviləsinə əsasən əsas və faiz borcunun müəyyən edilməsi üçün məhkəməmühasibatlıq və əmtəəşunaslıq ekspertizaları təyin edilməsi, ekspertlər qarşısında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı Kredit müqaviləsinə əsasən əsas və faiz borcu nə qədər təşkil edir ? İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı Kredit Müqaviləsinə əsasən ödənişlər əsas və faiz borcu üzrə silinmələr düzgün və vaxtında aparılmışdırmı? xx.xx.2024-cü il tarixli LNLMB-11502 oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə (pretenziya məktubu göndərilən tarixə) əsas və faiz borcu nə qədər təşkil edir? xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı Girov müqaviləsinə əsasən yanvar 2025-ci il tarixinə və rəy veriləcək tarixə iddia ərizəsində və iş materialında olan qızıl zinət əşyalarının siyahısı qeyd olunan aktda ümumi çəkisi 334.80 qram müxtəlif əyyarlı olan qızıl zinət əşyalarının 1 qraminin likvid qiyməti nə qədər təşkil etmişdir ? suallar qoyulmasını və Qiymətləndirmənin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinə həvalə edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(049)-172/2025 saylı qərardadı ilə xüsusi bilik tələb olunan sualları izah etmək üçün İş üzrə məhkəmə-kompleks (məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq) ekspertizası təyin edilmiş və mülki iş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməklə iş üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnərək məhkəmə baxış iclası 25 iyun 2025-ci il tarixə, saat 12:15-ə təyin edilmiş, həmçinin məhkəmənin yeri və vaxtı barədə bildiriş ekspert rəyi əlavə olunmaqla tərəflərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2024-cü il tarixli ekspert rəyinə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ona qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi 22 adda müxtəlif əyyarlı ümumi çəkisi 334.80 qram qızıl zinət əşyaları olan girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təkrar təyin edilməlidir. Belə ki, hazırkı mülki iş üzrə mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən sualların həlli üçün xüsusi bilik tələb olunur. İş materialında olduğu kimi ekspert rəyində 12 sırada yer alan imperial, əyyarı 880, qrami 19,4 olan və 15 sırada yer alan beşlik əyyarı 750, qramı 1 qeyd olunan ümumi 2 adda qızıl zinət əşyaları qiymətləndirilməmişdir. Bundan əlavə 15-ci sırada qeyd olunan beşliyin əyyarı 750, qramı 1 qram olması qeyri mümkünsüzdür. Girov qoyulan ümumi çəkisi 344.80 qram olan müxtəlif əyyarlı 22 adda qızıl zinət əşyalarının 301.10 qramının çəkisi və qiyməti ekspert rəyində qeyd olunub. Bankda girov qoyulmuş qızıl-zinət əşyaları onun iştirakı olmadan açılıb ekspert mərkəzinə təqdim olunub. Gələcəkdə mübahisə yaranmamaq məqsədi ilə sözügedən girov predmeti olan ümumi çəkisi 334,80 qram olan qızıl zinət əşyalarının təkrar ekspertiza mərkəzinə göndərilməlidir və 344.80 qram qızılın dəyəri və qramı dəqiq qiymətləndirilməlidir. xx.xx.2025-ci il tarixli ekspert rəyinə qiymətləndirici ekspert tərəfindən bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq təqdim olunan 22 adda müxtəlif əyyarlı ümumi çəkisi 334.80 qram qızıl zinət əşyalarının 308.10 qramına qitmət qoyulmuşdur. Fərq olaraq 36.70 qram qızıl zinət əşyalarının qiymətləndirilməməsinin və həmin 36.70 qram əskik qeyd olunan qızıl zinət əşyalarının qeyd olunmaması qənaətinə gəlmiş, bununla bağlı heç bir əsaslandırma aparılmamışdır. Qeyd edilələrə əsasən hazırki iş üzrə ipoteka predmetinin ədalətli, yəni fərq olan 36.70 qram qızıl zinət əşyalarının qiymətini müəyyən etmək üçün təkrar ekspertiza təyin edilməli və qiyməti müəyyən olunmalıdır. Buna görə də məhkəmədən mülki iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilməsi, ekspert qarşısında aşağıdakı sualların qoyulmasını xahiş etmişdir:
1. xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı Girov müqaviləsinə əsasən iyun 2025-ci il tarixinə və rəy veriləcək tarixə iddia ərizəsində və iş materialında olan qızıl zinət əşyalarının siyahısı qeyd olunan aktda və ekspert rəyində 12 sırada yer alan imperial, əyyarı 880, qrami 19,4 olan və 15 sırada yer alan beşlik əyyarı 750, qramı 1 qeyd olunan ümumi 2 adda qızıl zinət əşyaları ümumi çəkisi qraminin likvid qiyməti nə qədər təşkil etmişdir?
2. Bank qarşısında ümumi çəkisi 334.80 qram 22 addı qızıl zinət əşyalarının ekspertiza olan zaman rəydə qeyd olunan 22 adda ümumi çəkisi 308.10 qram qiymətləndirilmiş cəmi məbləğ 38837 manat təşkil edən 12 sırada yer alan imperial, əyyarı 880, qrami 19,4 olan və 15 sırada yer alan beşlik əyyarı 750, qramı 1 qram qeyd olunan ümumi 2 adda qızıl zinət əşyalarının qiyməti qramı və əyyarı sözügedən ekspert rəyində qiymətsiz ola bilərmi? Qiymətləndirmə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinə həvalə edilsin. Məhkəmədə işə tərəflərin iştirakı olmadan baxılmış və cavabdehin etirazı qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-172/2025 saylı qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək mülki iş "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli rəy Lənkəran Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olduqdan sonra mülki iş üzrə icraat təzələnərək məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin edilmiş, həmçinin məhkəmənin yeri və vaxtı barədə bildiriş ekspert rəyi əlavə olunmaqla tərəflərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Rabitə Bank ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı Kredit müqaviləsinin və Saxlanc Girovu haqqında müqavilənin surətlərindən görünür ki, cavabdehə 35093.77 manat dəyərində olan qızıl-zinət əşyalarından ibarət girov müqabilində "xxxx" ASC tərəfindən 24 ay müddətə illik faiz dərəcəsi 24 faiz olmaqla 23680 manat məbləğində kredit verilmişdir. Razılıq ərizəsindənin surətindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə götürdüyü kreditin təminatı olaraq öhdəlikləri lazımınca yerinə yetirmədiyi təqdirdə xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı təhvil-təslim aktına əsasən Rabitə Bank ASC-nin Lənkəran filialına girov verdiyi qızıl-zinət əşyalarının Bank tərəfindən borcu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada satılmasına razılıq vermişdir. Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi barədə aktın surətindən görünür ki, Cavabdeh 22 ədəd müxtəlif əyarlarda ümumi çəkisi 334.80 qram, dəyəri 23684.95 manat və bazar dəyəri 35093.77 manat olan qızıl-zinət əşyalarını Rabitə Bank ASC-nin Lənkəran filialından götürəcəyi 23680 manat lombard kreditinin təminatı olaraq girov şəklində kassaya təhvil vermişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 20472.04 manat əsas, 1857.49 manat faiz, cəmi 22329.53 manat məbləğində borcu vardır. Xəbərdarlıq bildirişindən görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. X2 üzrə xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 157 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/1391 saylı ekspert rəyindən görünür ki, girov qoyulmuş 20 adda zərgərik məmulatlarının 2025-ci il may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 38837 manat müəyyən edilmiş, digər iki adda zərgərlik məmulatının qeyd edilən əyarda satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərgərlik məmulatlarının likvid qiyməti 34953 manat (38837 manat -10%) müəyyən edilmişdir. Eksperiza xərci 50 manat təşkil eləyir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2859 saylı ekspert rəyindən görünür ki,xx.xx.2024-cü il tarixli, LNLMB-11502 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, maliyyə arayışında borcun hesablandığı xx.xx.2024-cü il tarixə Cavabdeh Rabitə Bank ASC-yə olan borcu əsas borc 20472.04, faiz borcu 1857.49, cəmi 22329.53 manat və xx.xx.2024-cü il tarixə əsas borc 20472.04, faiz borcu 1912.08 manat, cəmi 22384.12 manat müəyyən edilmişdir. Eksperiza xərci 100 manat təşkil eləyir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarxli, UNİ/S-01-537/25 saylı ekspert rəyindən görünür ki,xx.xx.2024-cü il tarixli Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi barədə aktın 12-ci sırasında qeyd edilmiş əyyarı 880, çəkisi 19.4, miqdarı 3 ədəd olan imperialın və 15-ci sırada qeyd edilmiş əyyarı 750, çəkisi 4.1, miqdarı 1 ədəd olan beşliyin ekspertizası aparılmış və fotoşəkildə əks olunmuş qızıl-zinət əşyalarının imperial orijinal olarsa ədalətli likvid dəyəri xx.xx.2025-ci il tarixinə 3845 manat, imperial orijinal deyilsə ədalətli bazar dəyəri 3725 manat təşkil etdiyi müəyyən olunmuşdur.
ƏSASLANDİRİCİ HİSSƏ:
Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, “Rabitə Bank ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli LNLMB- 11502 saylı Kredit müqaviləsi və Saxlanc Girovu haqqında müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan 22 ədəd müxtəlif əyarlarda ümumi çəkisi 334.80 qram, dəyəri 23684.95 manat və bazar dəyəri 35093.77 manat olan qızıl-zinət əşyalarını bankın kassasına təhvil verməklə 24 ay müddətə illik 24 faiz olmaqla 23680 manat məbləğində kredit almışdır. Həmçinin tərəflər arasında yazılı razılaşmaya əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə götürdüyü kreditin təminatı olaraq öhdəlikləri lazımınca yerinə yetirmədiyi təqdirdə xx.xx.2024-cü il tarixli LNLMB-11502 saylı təhvil-təslim aktına əsasən Rabitə Bank ASC-nin Lənkəran filialına girov verdiyi qızıl-zinət əşyalarının Bank tərəfindən borcu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada satılmasına razılıq vermişdir. Kredit müqavilələsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə, tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 iş günü müddətində girov qoyana qaytarılır. 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə qeyd edir ki, “Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi barədə” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, cavabdeh banka ümumilikdə 22 adda, 51 ədəd qızıl-zınət əşyalarını girov qoymuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti girov qoyulmuş 22 adda qızıl-znət əşyalarından 20-ni (47 ədəd əşyanı) qiymətləndirib onların likvid dəyərinin 34953 manat olduğunu göstərmişdir. Qiymətləndirilməyən digər iki adda qızıl-zinət əşyalarına (04 ədəd əşyaya) "xxxx" MMC-nin eksperti imperial orijinal olarsa ədalətli likvid dəyəri xx.xx.2025-ci il tarixinə 3845 manat, imperial orijinal olmazsa bazar dəyəri 3725 manat təşkil etdiyini göğstərmişdir. Təqdim olunan imperialın orijinal olmamasını sübut etmə yükü iddiaçının üzərində olmuş, iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübutunu təqdim etməmişdir. Buna görə də məhkəmə həmin imperialı orijinal olaraq qəbul edib iki adda qızıl-zinət əşyalarının dəyərini 3845 manat qiymətləndirir. Beləliklə ümumilikdə girov qoyulmuş 22 adda qızıl-zinət əşyaların likvid dəyəri 38798 manat (34953+3845=38798) təşkil eləyir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə olan 20472.04 manat əsas, 1857.49 manat faiz borcu, cəmi 22329.53 manat məbləğində pul cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalı, borc cavabdehə məxsus olan girov qoyulmuş 22 adda qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyalarının ilkin satış qiyməti 38798 manat qiymətləndirilməklə açıq hərracda satılaraq tələb edilən borc ödənilməli, satışdan əldə olunan vəsaiti kifayət etmədikdə tələbin borclunun digər əmlakına yönəldilməli, borc ödənildikdən sonra artıq vəsait qalarsa, cavabdehə qaytarılmalıdır. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə rəsmi xəbərdarlıq edildiyinə, bu səbəbdən də bank tərəfindən rəsmi xəbərdarlıq edildiyinə görə bankla aralarında bağlanmış kredit müqaviləsinin xx.xx.2024-cü il tarixdən etibarən ləğv edilmiş hesab edilməsi ilə bağlı cavabdehin etirazda göstərdiyinə qiymət verərək məhkəmə qeyd edir ki, onun göstərdiyi bu hal əsassızdır. Həmin müqaviləni ləğb edib-etməmək bankın hüququqdur. Məhkəmə qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 157 manat dövlət rüsum cavabdehə aid edilməli və ondan tutlaraq iddiaçıya verilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehə aid edilməlidir. Cavabdehdən 150 manat alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə olan 20472.04 manat əsas, 1857.49 manat faiz borcu, cəmi 22329.53 manat məbləğində məbləğində pul və 157 manat dövlət rüsumu, ümumilikdə 22486.53 (iyirmi iki min dörd yüz səksən altı) manat 53 qəpik Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tələb cavabdehə məxsus 2 ədəd, çəkisi-10,3, əyarı-750, kulon - 1 ədəd, çəkisi-8, əyarı-750, seplər- 4 ədəd, çəkisi-32,6, əyarı-585, komplekt - 3 ədəd, çəkisi-4,8, əyarı-583, kulonlar - 3 ədəd, çəkisi-2,9, əyarı-585, sırqalar - 2 ədəd, çəkisi-8,8 əyarı-585, qolbaqlar- 2 ədəd, çəkisi-3,6, əyarı-585, üzüklər - 3 ədəd, çəkisi-11,3, əyarı-585, sep+qolbaq - 2 ədəd, çəkisi-14, əyarı-500, sep kolye qolbaq - 2 ədəd, çəkisi- 56, əyarı-583, qolbaq - 1 ədəd, çəkisi-18,8, əyarı-583, imperial - 3 ədəd, çəkisi-19,4, əyarı-880, onluq - 1 ədəd, çəkisi-8,2, əyarı-880; beşlik - 4 ədəd, çəkisi-17,1, əyarı-880; beşlik - 1 ədəd, çəkisi-4,1, əyarı-750, sep Quran qabı- 1 ədəd, çəkisi-68,5, əyarı-583, üzük - 2 ədəd, çəkisi-7,5, əyarı-585,sırqa - 2 ədəd, çəkisi-4,8, əyarı-583, komplekt - 3 ədəd, çəkisi-11,7, əyarı-750; beşlik - 1 ədəd, çəkisi-4,3, əyarı-880,sırqalar (1-i tək) - 7 ədəd, çəkisi-13,5, əyarı-583,kulon - 1 ədəd, çəkisi- 4,6, əyarı-583, cəmi: 334,8 qram qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın. Girov qoyulmuş və Cavabdeh məxsus olan 2 ədəd, çəkisi-10,3, əyarı-750, kulon - 1 ədəd, çəkisi-8, əyarı-750, seplər- 4 ədəd, çəkisi-32,6, əyarı-585, komplekt - 3 ədəd, çəkisi- 4,8, əyarı-583, kulonlar - 3 ədəd, çəkisi-2,9, əyarı-585, sırqalar - 2 ədəd, çəkisi-8,8 əyarı- 585, qolbaqlar- 2 ədəd, çəkisi-3,6, əyarı-585, üzüklər - 3 ədəd, çəkisi-11,3, əyarı-585, sep+qolbaq - 2 ədəd, çəkisi-14, əyarı-500, sep kolye qolbaq - 2 ədəd, çəkisi- 56, əyarı-583, qolbaq - 1 ədəd, çəkisi-18,8, əyarı-583, imperial - 3 ədəd, çəkisi-19,4, əyarı-880, onluq - 1 ədəd, çəkisi-8,2, əyarı-880; beşlik - 4 ədəd, çəkisi-17,1, əyarı-880; beşlik - 1 ədəd, çəkisi- 4,1, əyarı-750, sep Quran qabı- 1 ədəd, çəkisi-68,5, əyarı-583, üzük - 2 ədəd, çəkisi-7,5, əyarı-585,sırqa - 2 ədəd, çəkisi-4,8, əyarı-583, komplekt - 3 ədəd, çəkisi-11,7, əyarı-750; beşlik - 1 ədəd, çəkisi-4,3, əyarı-880,sırqalar (1-i tək) - 7 ədəd, çəkisi-13,5, əyarı-583,kulon - 1 ədəd, çəkisi-4,6, əyarı-583, cəmi: 334,8 qram qızıl-zinət əşyalarının ilkin satış qiyməti 38798 manat məbləğində müəyyənləşdirilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq tələb edilən borc ödənilsin. Satışdan əldə olunan vəsaiti kifayət etmədikdə tələbin borclunun digər əmlakına yönəldilsin. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilsin və ondan 150 manat tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Muradağa Qasımov