Məhkəmə qərarları › İş №e-2(049)-1792/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1792/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1792/2025 13.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi üzrə» kiçik iddialara dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi üzrə» kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə Cavabdeh 1.550 manat sığorta ödəniş məbləğinin və 35,5 manat dövlət rüsumunun, ümumilikdə 1.585,5 manat pul məbləğinin tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Qaz 2410” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Cəlilabad-Göytəpə yolu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21214” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Vaz 21214” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 1.550 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar DİN-nin Xİ Tağımının İnzibati tənbeh vermə haqqında qərarında müəyyən edilmişdir ki, “Qaz 2410” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0711/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin, bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddiaçı "xxxx" ASC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə Cavabdeh 1.550 manat sığorta ödəniş məbləğinin və 35,5 manat dövlət rüsumun, ümumilikdə 1.585,5 manat pul məbləğinin tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş materiallarına daxil edilmiş xx.xx.2023-cü il tarixli, CM0653/20 nömrəli “Sığorta Aktın”dan görünür ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış (X1 mülkiyyətində olan) “Qaz 2410” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində Cəlilabad-Göytəpə yolu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol –nəqliyyat hadisəsi nəticəsində “Vaz 21214” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən (X2 mülkiyyətində olan) “Vaz 21214” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 1.550 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına daxil edilmiş iddiaçı "xxxx" ASC tərəfindən hazırki iddia tələbi üzrə xx.xx.2025-ci il tarixində “Asan ödəniş” sistemi vasitəsi ilə 35,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına daxil edilmiş 0644/20 nömrəli “Qiymətləndirmə Aktın”dan görünür ki, Cavabdeh tərəfindən idarə olunan “Qaz 2410” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixində baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində “Vaz 21214” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş maddi 1.550 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 184152 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Vaz 21214” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər ə görə 1.550 manat məbləğində pul vəsaiti X4 ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə bağlanmış “İcbari Sığorta Müqaviləsi”ndən görünür ki, X1 mülkiyyətində olan “Vaz 21214” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək 1 il müddətinə icbari qaydada sığortalanmışdır. İş materiallarına əlavə edilmiş qeydiyyat şəhadətnaməsindən və etibarnamədən görünür ki, “Qaz 2410” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r və onun tərəfindən Cavabdeh həmin nəqliyyat vasitəsini ida edilməsi etibar edilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin Xİ Tağımının İnzibati tənbeh vermə haqqında TP seriyalı, ******* saylı qərarından görünür ki, “Qaz 2410” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayındığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına daxil edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh "xxxx" ASC-nə 1550 manat məbləğində sığorta borcu olduğu və 7 iş günü ərzində borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığorta alanın müvafiq sığorta aktı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risqlərlə, itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişiməbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də həmin məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. 35,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 1.550 manat sığorta ödənişi və 35,5 manat dövlət rüsumu, ümumilikdə 1.585,5 manat pul məbləği tutularaq, iddiaçı «Qala Sığorta” ASC-yə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 1.550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,5 manat dövlət rüsumu, ümumilikdə 1.585,5 manat məbləğində pul vəsaiti iddiaçı «Qala Sığorta” ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar