Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1795/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi Məhkəmə iclas katibi: X4, İddiçının nümayəndəsi: Nümayəndə, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1136.34 manat, 30 manat məbləğində dövlət rüsumu ümumilikdə 1167,71 manAt pulu iddiçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "Opel Astra" markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixində Bakı şəhəri Y.V.Çəmənzəminli ərazisində idarə edərkən “Qala Sığorta" ASC tərəfindən MV-C 00201-18 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1136,34 (bir min bir vüz otuz altı manat, otuz dörd qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Nərimanov rayon DYPŞ-nin X7 Haqqında qərara əsasən cavabdeh Nəzərov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin hadisə baş verən vaxt həmin avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən "Qala Sığorta” ASC tərəfindən “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə ödənilmiş 1136,34 (bir min bir yüz otuz altı manat, otuz dörd qəpik) manat məbləğ Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən “Qala Sığorta" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0947/2023 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iş üzrə hadisədən 7 ilə yaxın müddət keçməsini və atıq iddia müddətinin keçdiyini bildirib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış xx.xx.2019-cu il tarixli, MV-C 00201/18 saylı “Sığorta şəhadətnaməsindən” görünür ki, “Qala Sığorta" ASC ilə Cavabdeh arasında sığorta bağlanmış və "Volksagen Polo" markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış xx.xx.2019-cu il tarixli, MV-C 00201/18 saylı Sığorta aktından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə "Volksagen Polo" markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Opel Astra" markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1136,34 mant məbləğində zərər vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış xx.xx.2023-cü il tarixli Qala Sığorta" ASC-nin Cavabdeh dəymiş ziyanla bağlı subroqasiya qaydasında 1136,34 manat məbləğində vəsaiti yeddi iş günü ərzində “Qala Sığorta" ASCni bank hesabına ödənilməsi barədə rəsmi xəbərdar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış xx.xx.2019-cu il tarixli AP ******* nömrəli Nərimanov rayon DYPŞ-nin X7 Haqqında qərardan görünür ki, Nəzərov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış Qeydiyyat şəhadətnaməsindən görünür ki, "Volksagen Polo" markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış Qeydiyyat şəhadətnaməsindən görünür ki, "Opel Astra" markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir.xx.xx.2019-cu il tarixədək etibarnamə əsasında Cavabdeh sürücülük hüququnu vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış Qeydiyyat şəhadətnaməsindən görünür ki, "Volksagen Polo" markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış sənədlərə müəyyən olunur ki, “Qala Sığorta" ASC tərəfindən Euro Style MMC-yə 1136.34 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış sənədlərə müəyyən olunur ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış MAPSdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1clasında elan olunmaqla araşdırılmış ödəniş qəbzindən görünür ki, “Qala Sığorta" ASC tərəfindən 31.37 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-nin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-nin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar haqqında” Qanununun 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh "Opel Astra" markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixində Bakı şəhəri Y.V.Çəmənzəminli ərazisində idarə edərkən “Qala Sığorta" ASC tərəfindən MV-C 00201-18 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Volkswagen Polo” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1136,34 (bir min bir vüz otuz altı manat, otuz dörd qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh Nəzərov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə olan halda Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Buna görə də iddia təmin edilməli və 1136.34 manat sığorta ödənişi məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair izahatına münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, Subroqasiya hüququnun həyata keçirilməsi üçün tələb olunan iddia müddətinin tətbiqi üçün 3 illik iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq edilməlidir. Məhkəmə bu qərara gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il tarixli 1 №-li bülletenindəki (səhifə 13-14) mövqeyi rəhbər tutmuşdur. Belə ki, həmin qərarda qeyd edilir ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə subroqasiya hüququ həmin avtomobilə zərər vurmasına səbəb olmuş şəxslərə, onların mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı istifadə olunur. Sığortaçı şirkət ilə iş cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik münasibətləridir. Çünki zərərvuran şəxslə sığortaçı arasında bağlanan hər hansı müqavilə bağlanmayıb. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə subroqasiya hüququ bilavasitə sığortalıya və sığorta olunana qarşı yönəlir. Mövcud hüquq münasibətləri isə sığorta müqaviləsinə əsaslanır. Bu halda ümumi iddia müddəti tətbiq olunacaq. Odur ki, məhkəmə cavabdehin iş üzrə iddia müddətinin tətbiqinə dair izahatını əsaslı hesab etmir və iş üzrə iddia müddətinin tətbiqini əsassız sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1136,34 manat sığorta ödənişi məbləği və 31.37 manat dövlət rüsumu tutularaq iddiaçı “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-1795/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1795/2025
23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver