Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1806/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, LFFE/013 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 2501,31 (iki min beş yüz bir manat otuz bir qəpik) manat - bundan 2473,29 (iki min dörd yüz yetmiş üç manat iyirmi doqquz qəpik) manat əsas, 28,02 (iyirmi səkkiz manat iki qəpik) manat faiz borcun və iş üzrə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu məbləğinin cavabdeh X1 tutularaq iddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2023-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2023-cü il tarixdə almış, lakin iddia tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, LFFE/013 nömrəli restrukturizasiya müqaviləsi ilə xx.xx.2016-cı il tarixli, LFS/7788 nömrəli kredit müqaviləsi üzrə 2600 (iki min altı yüz) manat əsas borc məbləği 5 (beş) il müddətinə 2.600 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit üzrə əsas borcu və faiz borcunu ödəniş cədvəlinə uyğun tam şəkildə ödəməklə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 2.600 manat məbləği iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kreditin ödənişi qaydalarına lazımi qaydada riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 2473,29 (iki min dörd yüz yetmiş üç manat iyirmi doqquz qəpik) manat əsas, 28,02 (iyirm səkkiz manat iki qəpik) manat cəmi 2501.31 manat borcu vardır. Cavabdehə rəsmi xəbərdarlıq edilsə də, o, kredit borcunun ödənilməsi ilə əlaqədar onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Kredit müqaviləsinin şərtinə əsasən həmin müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, borcverən müqavilə üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 46 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 24 iyul 2019-cu il tarixli, LFFE/013 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 2501,31 (iki min beş yüz bir manat otuz bir qəpik) manat - bundan 2473,29 (iki min dörd yüz yetmiş üç manat iyirmi doqquz qəpik) manat əsas, 28,02 (iyirm səkkiz manat iki qəpik) manat faiz borcun və iş üzrə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, LFFE/01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1 il güzəşt müddəti ilə illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə 2.600 manat məbləğində kredit verilmişdir. Cavabdehə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 2.679.43 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh onunla iddiaçı arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, LFFE/01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun könüllü ödənilməsi tələbi ilə iddiaçı tərəfindən ona xəbərdarlıq edilərək əks halda, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında icra etmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdən ötrü iddiaçı tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 24 iyul 2019-cu il tarixli, LFFE/01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehdən 2501,31 (iki min beş yüz bir manat otuz bir qəpik) manat - bundan 2473,29 (iki min dörd yüz yetmiş üç manat iyirmi doqquz qəpik) manat əsas, 28,02 (iyirm səkkiz manat iki qəpik) manat faiz borcun və iş üzrə ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, LFFE/013 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavabdehə xəbərdarlıq edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 24 iyul 2019-cu il tarixli, LFFE/013 nömrəli kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, LFFE/013 nömrəli kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-nin 470-ci maddəsində zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinin tələbinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, LFFE/013 nömrəli kredit müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə cəmi 2501,31 manat - bundan 2473,29 (iki min dörd yüz yetmiş üç manat iyirmi doqquz qəpik) manat əsas, 28,02 (iyirm səkkiz manat iki qəpik) manat faiz borcun və iş üzrə ödənilmiş 46 (qırx altı) manat Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-1806/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1806/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver