Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1838/2023 04.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2471.39 manat əsas borc, 484.25 manat faiz borcu, 390.66 manat cərimə cəmi 3346.30 manat borc və 53.47 manat dövlət rüsumu məbləğinin birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2471.39 manat əsas borc, 650.07 manat faiz borcu, 390.66 manat cərimə - cəmi 3512.12 manat borc və 55.13 manat dövlət rüsumu məbləğinin birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 20.7 % dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməklə, müqavilə müddəti ərzində cəmi 3689.13 manat kredit borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 143/İK-21 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər Cavabdeh1 onunla birlikdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir. Hazırda Cavabdeh2 xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 2471.39 manat əsas borc və 650.07 manat faiz borcu yaranmış, borcun gecikdirilməsinə görə 390.66 manat cərimə hesablanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ərizə ilə məhkəməyə müraciət etmək üçün 55.13 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 2471.39 manat əsas borc, 650.07 manat faiz borcu, 390.66 manat cərimə cəmi 3512.12 manat borc məbləğini, dövlət rüsumu kimi ödənilmiş 55.13 manat məbləği birgə qaydada cavabdehlərdən tələb edir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 2471.39 manat əsas borc, 650.07 manat faiz borcu, 390.66 manat cərimə - cəmi 3512.12 manat borc və 55.13 manat dövlət rüsumu məbləğinin birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Cavabdeh1 məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə aid xx.xx.2021ci il tarixli ödəniş qrafiki, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi, xx.xx.2021ci il tarixli 143/İK-21 nömrəli zaminlik müqaviləsi, xx.xx.2022-ci il tarixli pretenziya məktubları və onlara aid reyestrlər, xx.xx.2023-cü il tarixli maliyyə arayışı, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mədaxil qəbzləri ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 illik 20.7 % dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 3689.13 manat kredit borcunu tam şəkildə ödəməli olması barədə ödəniş qrafiki təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli İK 143/İK- 21 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 143/İK-21 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün borcun könüllü ödənilməsi tələbi ilə iddiaçı tərəfindən ona xəbərdarlıq edilərək əks halda, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi izah edilmişdir. Kredit və zaminlik müqavilələri üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş və əks halda, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən cəmi 55.13 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 2471.39 manat əsas borc, 650.07 manat faiz borcu, 390.66 manat cərimə cəmi 3512.12 manat borc və 55.13 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit və zaminlik müqaviləsinə, həmçinin həmin müqavilələrə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh2 iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Digər Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə qarşı hər hansı etiraz irəli sürməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya bu müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsinin şərtləri Cavabdeh2 tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna və iddiaçı müqavilənin ləğvi ilə bağlı mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət etdiyinə görə iddia tələbinin iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 2471.39 manat əsas borc və 650.07 manat faiz borcunun birgə qaydada tutulmasına dair hissələri də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsi üzrə 390.66 manat cərimə məbləği həmin müqavilənin cavabdehlər tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablanmış olsa da, qeyd olunan məbləğ yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Eyni zamanda, Cavabdeh2 kredit borcunun bir hissəsini məhkəməyə müracit edilənədək ödəmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimənin miqdarının yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddia tələbinin xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 390.66 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən - 40.00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 55.13 manat dövlət rüsumu məbləği də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli İK 143/İK-21 nömrəli kredit müqaviləsi üzrə 2471.39 manat əsas borc, 650.07 manat faiz borcu, 40.00 manat cərimə və 55.13 manat dövlət rüsumu - cəmi 3216.59 manat birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-1838/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1838/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver