Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-186/2024 29.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» mülki işə 29 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edədək cəmi 8858,82 AZN - bundan 8688,57 AZN əsas,169,41 AZN faiz, 0,84 AZN cərimə borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 108,59 AZN dövlet rüsumunun ve ipoteka predmetine tutma yoneldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 AZN dövlət rüsumunun Cavabdeh2 tutulmast, tutmanın ipoteka ite yüklü edilmiş, xüsusi mülkiyyet hüququ üzre X1 məxsus, ünvan 1 ünvanında yerləşən 180.1 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli fərdi yaşayış evinə yonəldilməsi, həmin əmlakın ilkin satış (likvid) qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoleka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehler Cavabdeh1, X2 və Cavabdeh2 əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılaraq, iddiaçıya təhvil virliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. xx.xx.2024-cü il tarixdə məhkəməyə iddiaçının nümayəndəsi Anar Cabbarov ərizə ünvanlayaraq iddia ərizəsini baxılmamış saxlanılmasını, ödənilmiş 108.59 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə 108.59 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması tələbinə qiymət verərək qeyd edir ki, qanunvericilikdə məhkəmə hazırlıq iclasında iddia ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. Məhkəmə hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılmasını tələb etsə də, əslində o, iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmasını nəzərdə tutmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının ərizəsi təmin olunsun. LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair» mülki tələbi dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də iddia ərizənin verilməsi üçün xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 108.59 (bir yüz səkkiz) manat 59 qəpik dövlət rüsumu LPO İddiaçı ASC-nə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2(049)-186/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-186/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver