Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1860/2025 30.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizə ilə sadələşdirilmiş icraat qaydasında müraciət edərək cavabdehdən cəmi 1673.23 manat və 37.40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh arasında kredit alınmasına dair xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia vermişdir. “Elektron məhkəmə” informasiya sistemi üzrə məlumatlardan görünür ki, iş üzrə cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı isə həmin vaxtdan 1 ildən artıq müddət keçəndən sonra ölmüş şəxsə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddia ərizəsinin qaytarılması əsaslarını müəyyən edən 152-ci və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsaslarını müəyyən edən 153-cü maddələrində ölmüş şəxsə qarşı iddia verildikdə iddia ərizəsinin qaytarılması birbaşa nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinin məzmunundan göründüyü kimi, ölmüş şəxsin vərəsəsinə qarşı deyil, bilavasitə özünə qarşı iddia verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır və bu növ iddiaların məhkəmə icraatının mümkünlüyü istisna edilir. İddiaçı isə ölmüş şəxsin (Cavabdeh) vərəsələrinin dairəsini, ondan qalan mirasın nədən ibarət olmasını, miras əmlakın dəyərini müəyyən etmədən ölmüş şəxsin bilavasitə özünə qarşı məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 37 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə (ləğv prosesindədir) qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 37 manat dövlət rüsumu İddiaçı ASC-yə (ləğv prosesindədir) geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(049)-1860/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1860/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver