Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1893/2023 21.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğv prosessindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə 21 avqust 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğv prosessindədir) Cavabdeh və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeharasında bağlanmış xx.xx.2019-cu il tarixli, LFKF/003 saylı "güzəştli şərtlərlə kreditin verilməsinə dair" kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 3411 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən "Kredit alan" kreditdən Bankın "Lənkəran" filialı ilə imzalanmış xx.xx.2016-cı il tarixli, LFS/179 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 78 saylı fərdi yaşayış evi (0,0274 ha torpaq sahəsi ilə birlikdə) ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 29 avqust 2019-cu il tarixli Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Kredit alan və ipoteka qoyanCavabdeh kredit üzrə cəmi borcu 3305,30 (üç min üç yüz beş manat otuz qəpik) manat təşkil edir. Bundan 3235,38 (üç min iki yüz otuz beş manat otuz səkkiz qəpik) manat əsas, 69,87 (altmış doqquz manat səksən yeddi qəpik) manat faiz, 0,05 (beş qəpik) manat cərimə borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Sadalananları nəzərə alaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğv prosessindədir) xeyrinə 3235.38 manat əsas borcu, 69.87 manat faiz borcu, 0.05 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 54 manat dövlət rüsumunun cavadeh Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutlması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus, Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 78 saylı fərdi yaşayış evinə (0,0274 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilərək açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş lakin, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin müdafiə etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin 05 iyun hazırlıq iclasında Cavabdeh iddianı qəbul edib, ipoteka predmetinin likvid dəyərinin 66500 manat olduğu ilə razılaşaraq ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini istəmədiyini bildirmişdir. Məhkəmə Cavabdeh ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 29 avqust 2019-cu il tarixli, LFKF/003 saylı "güzəştli şərtlərlə kreditin verilməsinə dair" müqaviləsindən görünür ki, «AtaBank” ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1% olmaq şərtilə 60 ay müddətinə 3411 Manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 avqust 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 78 saylı fərdi yaşayış evi (0,0274 ha torpaq sahəsi ilə birlikdə) iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin likvid dəyəri 66 5000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən torpaq sahəsinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarışın surətindən görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh məxsus olan Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 78 saylı fərdi yaşayış ev (0,0274 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün «AtaBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli LFK/003 saylı kredit müqaviləsi üzrə 06 fevral 2023-cü il tarixinə banka olan borcunun məbləği 3235.38 manat əsas borc, 69.87 manat faiz borcu, 0.05 manat cərimə borcu olmaqla, cəmi 3305.30 manat təşkil edir. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və xx.xx.2019cu il tarixli Kredit müqaviləsi üzrə borclu Cavabdeh əsas borc olaraq ondan 3235.38 manat, faiz borcu olaraq 69.87 manat, 0.05 manat cərimə borcu olmaqla cəmi 3305.30 manat ondan alınaraq Bankın hesabına köçürülməli həmin borcun əvəzi kimi tələb ipoteka predmeti olan Cavabdeh məxsus Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 78 saylı fərdi yaşayış evin (0,0274 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 65000 manat məbləğində müəyyən edilməli, həmin fərdi ev açıq hərracdan satılmalı və onun satışından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu ödənilməli, borc ödənildikdən sonra artıq vəsait qalarsa, Cavabdeh qaytarılmalı, həmin fərdi yaşayış evi açıq hərracdan satıldıqdan bir ay sonra boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 54 manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu, cəmi 99 manatı Cavabdeh aid edilməli və sonuncudan alınaraq, iddiaçı Ləğv prosesində olan «AtaBank” ASC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan «AtaBank” ASC-nin Cavabdeh qarşı kredit borcun, kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh 3235.38 manat məbləğində əsas borc, 69.87 manat məbləğində faiz borcu, 0.05 manat məbləğində cərimə borcu, cəmi 3305,30 (üç min üç yüz beş) manat 30 qəpik məbləğində pul tutularaq, iddiaçı Ləğv prosesində olan «AtaBank” ASCnin xeyrinə verilsin. Tələb ipoteka predmeti olan və Cavabdeh məxsus Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 78 saylı fərdi yaşayış evinə (0,0274 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin. Lənkəran rayonu, Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 78 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 66500 manat məbləğində müəyyən edilsin. Həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və onun satışından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu ödənilsin. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, Cavabdeh qaytarılsın. Həmin fərdi yaşayış evi açıq hərracdan satıldıqdan bir ay sonra boşaldılsın. İddiaçı tərəfindən ödənilmiş 54 manat məbləğində dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu, cəmi 99 manatı Cavabdeh aid edilsin. Cavabdeh 99 manat məbləğində pul alınaraq, iddiaçı Ləğv prosesində olan «AtaBank” ASC-nə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(049)-1893/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1893/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver