Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1963/2025 22.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesində) iddia ərizəsi verərək, 09 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)091019-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 6.192,10 (altı min yüz doxsan iki manat 10 qəpik) manat məbləğində borcun-bundan 6.146,09 (altı min yüz qırx altı manat 09 qəpik) manat əsas borcun və 46,01 (qırx altı manat 01 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 81.92 (səkzən bir manat 92 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 09 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)091019-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 22 yanvar 2014-cü il tarixli 02278/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 6.493,11 (altı min dörd yüz doxsan üç manat 11 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh2kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə bank arasında 09 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 30 sentyabr 2024-cü il tarixli 12-5/2-R-41- 2500/2024 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bu səbəbdən də Cavabdeh2 09 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)091019- 01 nömrəlikredit müqaviləsi üzrə 25 sentyabr 2024-cü il tarixə banka ödənilməmiş cəmi 6.192,10 (altı min yüz doxsan iki manat 10 qəpik) manat məbləğində borcu vardır. Bundan 6.146,09 (altı min yüz qırx altı manat 09 qəpik) manatı əsas borc və 46,01 (qırx altı manat 01 qəpik) manatı isə müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, onun adına bankdan kreditə pul götürüldüyünü, lakin kredit ödənişlərin vaxtında edilməməsinə görə bu vəziyyətin yarandığını, digər cavabdehlərin də iş barədə məlumatlı olduğunu, lakin işə məsuliyyətsiz yanaşdıqlarını bildirdi. Məhkəmə iclasının yeri və və vaxtı barədə məlumatlandırılmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi iclasa gəlməmiş, məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını və tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gələməmiş və iddia tələbinə münasibətlərini bildirməmişlər. Məhkəmə iddiaçının nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC (Ləğv prosesində) ilə Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)091019-01 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6493.11 AZN kredit verilmişdir. 15 noyabr 2019-cu il tarixli ***-*******NK151119-02/ZM/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borclananla birlikdə öhdəlik götürmüşdür. Ödəniş cədvəli 1 saylı Əlavədən görünür ki, kredit alan Cavabdeh2 60 ay müddətində hər ay ilkin olaraq 5.95 manat, sonuncu ay 138.27 olmaqla xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC (Ləğv prosesində) qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC (Ləğv prosesində) məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 81.92 AZN dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış kredit və zamilik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC (Ləğv prosesində) qarşısında Cavabdeh2 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 81.92 AZN dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284- 6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 09 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)091019-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 6.192,10 (altı min yüz doxsan iki manat 10 qəpik) manat məbləğində borc - bundan 6.146,09 (altı min yüz qırx altı manat 09 qəpik) manat əsas borc, 46,01 (qırx altı manat 01 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 81.92 (səksən bir manat 92 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin (Ləğv prosesində) xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-1963/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1963/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver