Məhkəmə qərarları › İş №e-2(049)-198/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-198/2023

25.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-198/2023 25.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 və 3-cü şəxs Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyəti və 3-cü şəxs Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyəti və 3-cü şəxs Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı məxsus Lənkəran rayon, Sütəmurdov kəndində **********66 reyestr nömrəli 1.5 ha torpaq sahəsindən Lənkəran-Astara magistral yoluna doğru və əks istiqamətdə hərəkət etmək üçün nəzərdə tutulmuş yoldan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə təqdim edib mülki iş üzrə təqdim etdiyi vəsatətin və iddia ərizəsinin baxılmamış saxlanması, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında ərizə təqdim edərək onun mülki işin baxılmamış saxlanmasına etirazı olmadığını bildirmişdir. Üçüncü şəxs Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında mülki işin baxılmamış saxlanmasına etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə tərəflərin ərizəsini, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalı və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyəti və 3-cü şəxs Lənkəran rayon Sütəmurdov Bələdiyyəsinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar