Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-198/2024 16.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X1, iddiaçının nümayəndəsi: X3 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə ərizəsinə Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB-nın «borcun tutulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh arasında bağlanmış 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə cavbdeh Cavabdeh 2268.64 manat məbləğində pulun və 42.69 manat dövlət rüsumunun ləğv prosesində olan BANK STANDART QSC» KB-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı məqsədilə cavabdehlər X5 və X6 ilə 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh, X5 və X2 qarşı iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə 2020-ci ildə müraciət edərək, 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə 2268.64 manat əsas borc, 885.03 manat məbləğində faiz borcu, 1423.12 manat məbləğində cərimə borcu, 346.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla ümumilikdə 4923.35 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 885.03 manat əsas borc, 100 manat cərimə olmaqla, ümumilikdə 985.03 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmiş, zaminlik müqavilələrinə xitam verilmişdir. Lənkəran rayon Məhkəməsinin 2(049)- 2119/2020 saylı 20 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsi 10 iyun 2021-ci il tarixli 2(106)-1516/2021 saylı qətnaməsi ilə Bankın apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçıləğv prosesində olan QSC “Bank Standard” KB qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə ərizə iləLənkəran rayon Məhkəməsinə müraciət edərək, qətnamənin təsviri-əsaslandırıcı və nəticəvi hissələrində yol verilmiş yanlışlığın bankın tələbinə uyğun şəkildə düzəldilməsini xahiş etmişdir. Belə ki, Bankın iddia tələbi üzrə əsas borc 2268.64 manat, faiz borcu üzrə 885.03 manat, cərimə borcu 1423.12 manat, 346.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olduğu halda, qətnamənin qət etdi hissəsində 885.03 manat əsas borc, 1423.12 manat cərimə, 346.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 4923.35 manat olmaqla yanlış yazılmışdır. Lənkəran rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 23 may 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bank qərardaddan şikayət verərək, onun ləğv olunmasını, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Bankın iddia tələbi 2268.64 manat əsas borc, 885.03 manat faiz borcu olduğu halda, məhkəmə qətnamədə faiz borcunu əsas borc kimi qeyd etmiş, faiz borcunun tutulmaması əsasları göstərilməmişdir. Həmçinin, məhkəmə faiz borcunun hansı əsasla təmin etməməsinə münasibət bildirməmiş, ona heç bir hüquqi qiymət verməmişdir. Lənkəran rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 14 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayətə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(106)-1334/2023 saylı qərardadı ilə Bankın şikayəti təmin olunmamış, 23 may 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsi mövcud vəziyyətdə çıxış yolu kimi 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə 2268.64 manat əsas borc tələbinin ayrıca icraatda irəli sürülməsində görmüşdür. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edib tam təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı məqsədilə cavabdehlər X5 və X6 ilə 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 885.03 manat əsas borc, 100 manat cərimə olmaqla, ümumilikdə 985.03 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmiş, zaminlik müqavilələrinə xitam verilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi 10 iyun 2021-ci il tarixli 2(106)- 1516/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 14 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayətə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(106)-1334/2023 saylı qərardadı ilə Bankın şikayəti təmin olunmamış, 23 may 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi mövcud vəziyyətdə çıxış yolu kimi 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə 2268.64 manat əsas borc tələbinin ayrıca icraatda irəli sürülməsində görmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********saylı ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" KB məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 42.69 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Bankın iddia tələbi üzrə əsas borc 2268.64 manat, faiz borcu üzrə 885.03 manat, cərimə borcu 1423.12 manat, 346.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olduğu halda, qətnamənin qət etdi hissəsində 885.03 manat əsas borc, 1423.12 manat cərimə, 346.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 4923.35 manat olmaqla yanlış yazılmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 23 may 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(106)-1334/2023 saylı qərardadı ilə Bankın şikayəti təmin olunmamış, 23 may 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi mövcud vəziyyətdə çıxış yolu kimi 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə 2268.64 manat əsas borc tələbinin ayrıca icraatda irəli sürülməsində görmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə tələb oluna əsas borc hazırkı vaxtadək ödənilmədiyindən, mülki qanunvericilyə əsasən həmin pul məbləği üzrə öhdəlik yerinə yetirilmədiyindən, müqavilə üzrə həmin məbləğin verilməsi təsdiqini tapdığından, habelə bu sahədə apellyasiya instansiyası mıəhkəməsinin mövqeyi nəzərə alınmaqla iddia təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu iddianın təımin edildiyi hissədə onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə 2268.64 manat məbləğində əsas borc pul və 42.69.manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" QSC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-198/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-198/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver