Məhkəmə qərarları › İş №e-2(049)-1989/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1989/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1989/2023 31.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakı ilə İddiaçı Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh15679.08 (on beş min altı yüz yetmiş doqquz manat sıfır səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137,04 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 iyun 2021-ci il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli "Mövcud borcun etirafı haqqında" Mücərrəd Müqavilənin 1-ci bəndinə əsasən etiraf etmişdir ki, üçünçü şəxslərlə bağlanılan alqı-satqı müqavilələri əsasında Cəmiyyətə ödənilməsi üçün ona verilmiş 15679.08 (on beş min altı yüz yetmiş doqquz manat sıfır səkkiz qəpik) manat məbləğində pul vəsaitinin onunla Cəmiyyət arasında aparılan dövriyyə hesablaşmaları zamanı Cəmiyyətin hesabına daxil olmamış və əksik olduğu aşkarlanmışdır. Nəticədə Cavabdeh "xxxx" MMC-yə 15679.08 (on beş min altı yüz yetmiş doqquz manat sıfır səkkiz qəpik) manat məbləğində borcu yaranmışdır. Lakin cavabdeh "xxxx" MMC-yə vurduğu 15679.08 (on beş min altı yüz yetmiş doqquz manat sıfır səkkiz qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Məhkəmə baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə 12 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə baxışında iştirak edən Cavabdeh ona qarşı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 15 fevral 2022-ci il tarixdə işlədiyi İddiaçı MMC-də işdən azad edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “mövcud borcun etirafı haqqında” Mücərrəd müqaviləni isə o, işdən azad edildikdən sonra keçmiş rəhbərliyin təkidi ilə imzalamışdır. Həmin müqaviləni imzalamaqda məqsədi işdə qalaraq işi davam etdirmək olmuşdur. Belə ki, ona söz verilmişdir ki, həmin müqaviləni imzalasa işdə qalıb işini davam etdirə biləcək. Eyni zamanda ona bildirilmişdir ki, ondan əvvəl işləmiş satış menecerinin borclarını da etiraf etsin və sonradan həmin borc onun adından silinəcək. Yaranmış borc ondan əvvəl həmin ərazidə işləmiş satış menecerinin və özünün işlədiyi dövrdə istifadə müdəti ötərək ondan təhvil alınmamış mallara dair borcdur. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatnı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş “tam maddi məsuliyyət daşıması haqqında” müqavilənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında “tam maddi məsuliyyət daşıması haqqında” müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “xəbərdarlıq”ın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı MMC arasında “mücərrəd borcun etirafı haqqında” 07 fevral 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 15679.18 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Avrora firmasının satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair xx.xx.2022-ci il tarixli 075 saylı əmrə əsasən, komissiyanın üzvü Avrora firmasının satış audit şəbbəsinin auditi X1 və komissiyanın üzvü bölgə müdiri X2 tərəfindən həmin faktiki borc qalıqları Cavabdeh iştirakı ilə yoxlanılmış və əldə edilmiş nəticəyə əsasən, 31 obyekt üzrə 12449,37 manat məbləğində əskik gəlmə aşkar edilmişdir. Həmin akt hər yoxlanılan obyektə dair ayrıca xanalar üzrə Cavabdeh və komissiya üzvləri tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MM-in 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Qanunverciliyin qeyd edilən normasından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında yaranan mövcud mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən həll edilməlidir. Bu halda borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi və “tam maddi məsuliyyət daşıması haqqında” müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 12449,37 manat məbləğində maddi ziyan vurulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilərək, 12449,37 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materlallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı ərəfindən 50 manat mediasiya xərci, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 137.04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin və 137,04 dövlət rüsumunun əvəzi olaraq 148,51 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. Cavabdeh 12449,37 (on iki min dörd yüz qırx doqquz manat otuz yeddi qəpik) manat pul vəsaiti alınaraq İddiaçınə ödənilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 148,51 (yüz qırx səkkiz manat əlli bir qəpik) manat Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar