Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1998/2024 24.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 812,84 manat əsas borc, 5,62 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq hesablanmış 54,67 manat faiz borcu - cəmi 873,13 manat borc, 30 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehlərin qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməklə cavabdehlərə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda, bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidirlər. Eyni zamanda, cavabdehlərə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehlər bildirişi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərini xx.xx.2024-cü il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM121900198 nömrəli restrukturizasiya müqaviləsinə əsasən restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə Cavabdeh1 36 ay müddətinə illik 1 % ödəmək şərti ilə 994,69 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu müqavilə müddəti ərzində tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM121900198 nömrəli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh1 müqavilə üzrə 812,84 manat əsas borc, 5,62 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 54,67 manat faiz borcu yaranmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehlərin iddiaçıya 812,84 manat əsas borc, 5,62 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 54,67 manat faiz borcu- cəmi 873,13 manat borcu qalmışdır. İddiaçı 873,13 manat borc və 30 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2019cu il tarixli LM121900198 nömrəli restrukturizasiya müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2019-cu il tarixli LM121900198 nömrəli zaminlik müqaviləsi, xx.xx.2024-cü il tarixli bildiriş, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, xx.xx.2024-cü il tarixli hesabdan çıxarış, xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə Cavabdeh1 36 ay müddətinə illik 1 % ödəmək şərti ilə 994,69 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit borcunun ödənilməsini gecikdirmiş, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehlərlə iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehlərdən birgə qaydada 812,84 manat əsas borc, 5,62 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 54,67 manat faiz borcu - cəmi 873,13 manat borc və 30 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq restrukturizasiya müqaviləsinə, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəlinə, zaminlik müqaviləsinə, bildirişə, maliyyə arayışına, hesabdan çıxarışa və mədaxil qəbzinə istinad edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazlarını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hazırki iddia tələbinin Cavabdeh2 dair hissəsi ilə əlaqədar qeyd edir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinin məzmununa görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi 36 ay müddətinə bağlanmış və həmin müqavilənin 8.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və borclu restrukturizasiya müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədədir. İş materiallarından görünür ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatmış və həmin vaxtdan, təxminən, 1 il 6 ay müddət keçmişdir. Həmin gündən sonra kreditor zaminə qarşı iddia irəli sürməmiş, yalnız xx.xx.2024-cü il tarixdə hər iki cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh2 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən Cavabdeh2 xx.xx.2019-cu il tarixli LM121900198 nömrəli restrukturizasiya müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2019-cu il tarixli LM121900198 nömrəli restrukturizasiya müqaviləsi üzrə borcun ödənilməsinə dair hazırki iddia tələbi Cavabdeh2 dair hissədə müddətin keçməsi səbəbindən zaminliyə xitam verilməsi əsası ilə təmin edilməməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi yalnız Cavabdeh1 dair hissədə təmin edilməli, xx.xx.2019-cu il tarixli LM121900198 nömrəli restrukturizasiya müqaviləsi üzrə 812,84 manat əsas borc, 5,62 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 54,67 manat faiz borcu - cəmi 873,13 manat borc məbləği bütövlükdə Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 30 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də Cavabdeh1 münasibətdə təmin edilməli, həmin məbləğ yalnız ondan tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 812,84 manat əsas borc, 5,62 manat faiz borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 54,67 manat faiz borcu və 30 manat dövlət rüsumu - cəmi 903,13 manat tutularaq iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-1998/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1998/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver