Məhkəmə qərarları › İş №e-2(049)-2004/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2004/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2004/2023 22.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli 1139nkLKN/21 nömrəli kredit müqaviləsi üzrə 6529.16 manat əsas borc, 1141.03 manat faiz borcu, 69.55 manat cərimə - cəmi 7739.74 manat borc və 97.80 manat dövlət rüsumu məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 1139nkLKN/21 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22 % dərəcəsi ilə 48 ay müddətinə 6671 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 10350.80 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin ödənişi qaydalarına riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 6529.16 manat əsas borc, 1141.03 manat faiz borcu, 69.55 manat cərimə - cəmi 7739.74 manat borcu vardır. Cavabdehə rəsmi xəbərdarlıq edilsə də, o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən həmin müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, borcverən müqavilə üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 97.80 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 6529.16 manat əsas borc, 1141.03 manat faiz borcu, 69.55 manat cərimə - cəmi 7739.74 manat borc və 97.80 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 1139nkLKN/21 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə aid ödəniş cədvəli, xx.xx.2022-ci il tarixli bildiriş, xx.xx.2023-cü il tarixli maliyyə arayışı və həmin tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə illik 22 % dərəcəsi ilə 48 ay müddətinə 6671 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin, kredit üzrə əsas borcu və onun faizlərini ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə müqavilə müddətində cəmi 10350.80 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh onunla iddiaçı arasında bağlanmış kredit kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə ona xəbərdarlıq edilmiş və əks halda, məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 97.80 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixli 1139nkLKN/21 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 6529.16 manat əsas borc, 1141.03 manat faiz borcu, 69.55 manat cərimə - cəmi 7739.74 manat borc və 97.80 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsinə və müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə qarşı hər hansı etiraz irəli sürməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçı tərəfin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli 1139nkLKN/21 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 6529.16 manat əsas borc, 1141.03 manat faiz borcu, 69.55 manat cərimə məbləği tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 97.80 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 1139nkLKN/21 nömrəli kredit müqaviləsi üzrə 6529.16 manat əsas borc, 1141.03 manat faiz borcu, 69.55 manat cərimə və 97.80 manat dövlət rüsumu - cəmi 7837.54 manat tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar