Məhkəmə qərarları › İş №e-2(049)-2017/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2017/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2017/2025 02.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2423,67AZN əsas, 354,74 AZN faiz, 338,72 AZN cərimə, cəmi 3117,13 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 51.58 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 273sLKN/21 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a illik 29% olmaq şərtilə 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) xx.xx.2026 il tarixinədək kredit ayırmışdır. Kreditin ilkin limiti 2000 AZN təyin edilir. “Bank” “Borcalan”a bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 1 % maksimum 6% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı“Borcalan” tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cımaddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Kredit limitnin 4000 AZN-dək artırılması barədə borcluya göndərilmiş sms mətnin surəti işə əlavə edilmişdir. Müqavilənin 8.3-cü bəndinə əsasən “Borcalan” kredit üzrə faizləri bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə, fazilərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40 % miqdarında cərimə tətbiq edilir. Сavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul etdiyini, tələbin faiz və cərimə hissəsini qəbul etmədiyini, yaranmış faiz və cərimə borcunun bankın texniki xətası üzündən yarandığını bildirərək iddianın qismən təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan: "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 273sLKN/21 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a illik 29% olmaq şərtilə 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) xx.xx.2026 il tarixinədək kredit ayırır. Kreditin ilkin limiti 2000 AZN təyin edilir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh 2423.67 AZN əsas, 354.74 AZN faiz, 338.72 AZN cərimə, cəmi 3117.13 AZN borcu vardır. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 51.18 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" KB ASC-nin məhkəməyə təqdim etdiyi məktubunda göstərilir ki, cavabdehlə aralarında bağlanmış 273sLKN/21 saylı kredit müqaviləsi üzrə kredit xəttinin limiti xx.xx.2022-ci il tarixdə artırılaraq 4000 AZN-ə çatdırılmışdır. Müştəri xx.xx.2024-cü il tarixində müraciət edərək xx.xx.2024 tarixdə etdiyi 659.99 AZN, xx.xx.2024-cü il tarixdə etdiyi 770.67 AZN və 439.99 AZN, xx.xx.2024-cü il tarixdə etdiyi 64.98 AZN məbləğində taksit əməliyyatlarına faiz hesablandığını bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən də texniki problem səbəbindən taksit borcu xətt olaraq əks olunub. Bu səbəbdən də səhvən hesablanaraq avqust və sentyabr ayları üçün ödənilmiş faizlər – cəmi 60.16 AZN bank tərəfindən xx.xx.2024-cü il tarixində geri qaytarılmışdır. Müştəriyə rəsmi cavabla yanaşı şifahi məlumat da verilərək izah olunmuşdur ki, sistemdə faiz hesablanması aradan qaldırılması mümkün olmayan texniki problem səbəbindən baş verir, lakin müştəri ödənişini (taksitləri) qaydası üzrə ödəməyi davam etdirsin və sistem tərəfindən hesablanmış faizlər ödəniş aparıldıqca geri qaytarılacaqdır, lakin müştəri bununla razılaşmamışdır. Məhkəmə, iş materiallarını araşdırıb məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış 273sLKN/21 saylı kredit xətti müqaviləsi üzrə istifadə olunmuş taksit krediti üzrə müştəriyə faiz hesablanmalı olmadığı halda texniki problem səbəbindən taksit borcu xətt olaraq əks olunmuş və nəticədə əsassız olaraq həmin kredit xəttinə faiz hesablanmışdır və "xxxx" KB ASC məhkəməyə təqdim etdiyi məktubunda bunu etiraf etmişdir. Yaranan problemin bank tərəfindən aradan qaldırılmaması səbəbindən cavabdeh ödənişi dayandırmış və nəticədə faizlə bərabər müştəriyə cərimə də hesablamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hərbir pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) özqətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2539, 398, 339 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2423.67 AZN əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 51.58 AZN məbləğində vəsaitin 39.71 AZN məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar