Məhkəmə qərarları › İş №e-2(049)-2044/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2044/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2044/2025 18.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900828 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 675,72 manat məbləğində əsas borc, 5,08 manat məbləğində faiz borcu, 1,98 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 682,78 manat, Cavabdeh1 xx.xx.2020-ci il tarixli, LM012000691 saylı restrukturizasiya müqaviləsi üzrə banka 981,28 manat məbləğində əsas borc, 46,66 manat məbləğində faiz borcu, 0,96 manat məbləğində cərimə borcu, cəmi 1028,90 manat və 37,12 manat dövlət rüsumu tutularaq, ləğv prosesində olan QSC «Bank Standart» KB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan QSC «Bank Standart» KB ilə Cavabdeh1 (bundan sonra – Cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli,LM121900828saylı və xx.xx.2020-ci il tarixli, LM012000691 saylı restrukturizasiya müqavilələri bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra Zamin) xx.xx.2019-cu il tarixli, LM121900828saylı zaminlik müqaviləsi əsasında xx.xx.2019-cu il tarixli, LM121900828saylı restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Qeyd olunan restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, xx.xx.2019-cu il tarixli, LM121900828saylı restrukturizasiya müqaviləsi üzrə isə borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2019-cu il tarixli, LM121900828saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Banka 675,72 (altı yüz yetmiş beş manat, 72 qəpik) manat məbləğində əsas borc, 5,08 (beş manat, 08 qəpik) manat məbləğində faiz borcu, 1,98 (bir manat, 98 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 682,78 (altı yüz səksən iki manat, 78 qəpik) manat məbləğində, xx.xx.2020-ci il tarixli, LM012000691 saylı restrukturizasiya müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Banka 981,28 (doqquz yüz səksən bir manat, 28 qəpik) manat məbləğində əsas borc, 46,66 (qırx altı manat, 66 qəpik) manat məbləğində faiz borcu, 0,96 (96 qəpik) manat məbləğində cərimə borcu, cəmi 1028,90 (bir min iyirmi səkkiz manat, 90 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 12 may 2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə göndərilmiş, Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş üzrə digər Cavabdeh1 göndərilmiş məhkəmə bildirişi cavabdehin həmin ünvandan köçməsi səbəbi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan ləğv prosesində olan QSC «Bank Standart» KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900828 saylı restruktrurizasiya müqaviləsindən görünür ki, Cavabdeh1 verilmiş və ödənilməmiş olan 1164.75 manat kredit borcu 60 ay müddətinə illik 1% ödəmək şərtilə kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan QSC «Bank Standart» KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM012000691 saylı restruktrurizasiya müqaviləsindən görünür ki, Cavabdeh1 verilmiş və ödənilməmiş olan 997.71 manat kredit borcu 60 ay müddətinə illik 1% ödəmək şərtilə kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən 22 yanvar 2025-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 LM121900828 saylı kredit müqaviləsinə əsasən banka 675.72 AZN əsas borc, 5.08 AZN faiz borcu, 1.98 AZN geçikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi borc 682.78 AZN məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən 16 yanvar 2025-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 LM12000691 saylı kredit müqaviləsinə əsasən banka 981.28 AZN əsas borc, 46.66 AZN faiz borcu, 0.96 AZN geçikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi borc 682.78 AZN məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan QSC «Bank Standart» KB ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin borclu Cavabdeh1 tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan məlumatlardan görünür ki, xx.xx.2025-ci il tarixində 37.12 manat iddiaçı QSC «Bank Standart» KB məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə dövlət rüsumu ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, ləğv prosesində olan QSC «Bank Standart» KB ilə cavabdeh Şükürov Valeh Vaqif oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900828 saylı restrukturizasiya müqaviləsi üzrə 1164.75 manat əsas borc məbləği 5 (beş) il müddətinə, 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. xx.xx.2020-ci il tarixli, LM012000691 saylı restrukturizasiya müqaviləsi üzrə 997.71 manat əsas borc məbləği 5 (beş) il müddətinə, 1 (bir) il güzəşt müddəti. Cavabdeh Şükürov Valeh Vaqif oğluna kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və ləğv prosesində olan QSC «Bank Standart» KB ilə cavabdeh Şükürov Valeh Vaqif oğlu arasında arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM121900828 saylı və xx.xx.2020-ci il tarixli, LM012000691 saylı restrukturizasiya müqavilələri bağlanmışdır. LM121900828 saylı, xx.xx.2020-ci il tarixli müqavilənin təminatı kimi Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, LM121900828 saylı zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2019-cu il tarixli, LM121900828 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1164.75 (min yüz altmış dörd manat, 75 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 675.72 AZN əsas borc, 5.08 AZN faiz borcu, 1.98 AZN geçikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi borc 682.78 AZN məbləğində borcu qalmışdır. xx.xx.2020ci il tarixli, LM012000691 restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 997.71 (doqquz yüz doxsan yeddi manat, 71 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 981.28 AZN əsas borc, 46.66 AZN faiz borcu, 0.96 AZN geçikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumi borc 682.78 AZN məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 226.2-ci maddəsinin tələbinə görə, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə hesab edir, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB qarşısında eyni həcmdə məsuliyyət daşıdığından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 675,72 manat məbləğində əsas borc, 5,08 manat məbləğində faiz borcu, 1,98 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 682,78 manat və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, LM012000691 saylı restrukturizasiya müqaviləsi üzrə banka 981,28 manat məbləğində əsas borc, 46,66 manat məbləğində faiz borcu, 0,96 manat məbləğində cərimə borcu, cəmi 1028,90 manat və 37,12 manat dövlət rüsumu tutularaq, ləğv prosesində olan QSC «Bank Standart» KB-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 37.12 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 675,72 manat məbləğində əsas borc, 5,08 manat məbləğində faiz borcu, 1,98 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 682,78 manat və Cavabdeh1 981,28 manat məbləğində əsas borc, 46,66 manat məbləğində faiz borcu, 0,96 manat məbləğində cərimə borcu, cəmi 1028,90 manat və 37,12 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar