Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2057/2025 13.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, hakim X1 - İddiaçı MMQBKT-nın Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair elektron qaydada məhkəməyə göndərilmiş iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı MMQBKT-i elektron qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 3863.17 AZN, faiz borcuna görə 1368.00 AZN, cərimə borcuna görə 155.33 AZN, cəmi 5386.50 AZN məbləğində borcun və 73.87 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddiaçı MMQBKT-i MPM-nin 149.1-ci maddəsinin tələlərini pozaraq elektron məhkəmə portalına “iddia ərizəsi” başlığı altında ərizəni yerləşdirməli olduğu halda, “kiçik mübahislər üzrə iddia ərizəsi” başlığı altında yerləşdirmişdir. Məhkəmə elektron sistemində də, həmin ərizə “kiçik mübahislər üzrə iddia ərizəsi” kimi qeydə alınmışdır. İddiaçı MMQBKT-nin hazırki tələbinə isə “kiçik mübahislər üzrə iddia ərizəsi” kimi baxıla bilməz. Çünki, iddiaçının tələbi 5000 manat məbləğindən artqıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan... az olan iddialar (kiçik iddialar) üzrə... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Göründüyü kimi hazırki tələbə sadələşdirilmiş qaydada baxılması qanuna ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə...hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə **********78 nömrəli qəbzlə 73.87 manat dövlət rüsumu ödəmişdir. İiddia ərizəsi qaytarıldığına görə onun tərəfindən ödənilmiş 73.87 manat dövlət rüsumu qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264-cü, 266- 269-cu maddələrini rəhbər tutub qərara aldım: İddiaçı MMQBKT-nın Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair verilmiş iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə **********78 nömrəli qəbzlə ödənilmiş 73.87 manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(049)-2057/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2057/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver