Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2081/2025 06.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Namiq Nazim oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan (bundan sonra mətndə LPO) Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi verərək cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, LM012000524 saylı restrukturizasiya müqaviləsi üzrə 3.581,06 manat məbləğində əsas borc, 170,32 manat məbləğində faiz borcu, 0,42 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 3751,80 manat, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, LM012000525 saylı restrukturizasiya müqaviləsi üzrə 1983,33 manat məbləğində əsas borc, 93,99 manat məbləğində faiz borcu, 0,07 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun, cəmi 2077,39 manat məbləğində borc və 78,30 manat dövlət rüsumunun LPO Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM012000524 saylı və xx.xx.2020-ci il tarixli, LM012000525 saylı restrukturizasiya müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2020ci il tarixli, LM012000524 saylı saylı zaminlik müqaviləsi əsasında xx.xx.2020-ci il tarixli, LM012000524 saylı restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2020-ci il tarixli, LM012000525 saylı saylı zaminlik müqaviləsi əsasında xx.xx.2020-ci il tarixli, LM012000525 saylı restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, LM012000524 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3581,06 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, LM012000525 saylı kredit müqaviləsinə əsasən isə borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1983,33 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Qeyd olunan restrukturizasiya müqavilələri 60 ay müddətinə bağlanmış, xx.xx.2020-ci il tarixli, LM012000524 saylı və xx.xx.2020-ci il tarixli LM012000525 saylı restrukturizasiya müqavilələləri üzrə isə borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2020-ci il tarixli, LM012000524 saylı restrukturizasiya müqaviləsi üzrə 16 yanvar 2025-ci il tarixinə Banka 3581,06 manat məbləğində əsas borcu, 170,32 manat məbləğində faiz borcu, 0,42 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 3751,80 manat məbləğində borcu, xx.xx.2020-ci il tarixli, LM012000525 saylı restrukturizasiya müqaviləsi üzrə 16 yanvar 2025-ci il tarixinə Banka 1983,33 manat məbləğində əsas borc, 93,99 manat məbləğində faiz borcu, 0,07 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 2077,39 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək, iddianı qəbul etdiyini, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, iddianın təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: xx.xx.2020-ci il tarixli, LM012000524 №-li restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh1 QSC “Bank Standard” KB tərəfindən illik 1% olmaqla 60 ay ərzində qaytarmaq şərti ilə 3581,06 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, LM012000525 №-li restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh1 QSC “Bank Standard” KB tərəfindən illik 1% olmaqla 60 ay ərzində qaytarmaq şərti ilə 1983,33 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli LM012000524 saylı zaminlik müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, LM012000524 №-li restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli LM012000525 saylı zaminlik müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, LM012000525 №-li restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 16 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 LM012000524 №-li restrukturizasiya müqaviləsi üzrə 3581,06 manat məbləğində əsas borcu, 170,32 manat məbləğində faiz borcu, 0,42 manat məbləğində cərimə borcu, ümumilikdə isə 3571,80 manat məbləğində borcu vardır. 16 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 LM012000525 №-li restrukturizasiya müqaviləsi üzrə 1983,33 manat məbləğində əsas borc, 93,99 manat məbləğində faiz borcu, 0,07 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2077,39 manat məbləğində borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 78,30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində Cavabdeh1 QSC “Bank Standart” KB tərəfindən LM012000524 №-li restrukturizasiya müqaviləsi əsasında illik 1% olmaqla 60 ay ərzində qaytarmaq şərti ilə 3581,06 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, xx.xx.2020-ci il tarixində Cavabdeh1 QSC “Bank Standart” KB tərəfindən LM012000525 №-li restrukturizasiya müqaviləsi əsasında illik 1% olmaqla 60 ay ərzində qaytarmaq şərti ilə 1983,33 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka qeyd olunan məbləğdə borcu qalmışdır. Həmçinin, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli LM012000524 saylı zaminlik müqaviləsi əsasında QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, LM012000524 №-li restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli LM012000525 saylı zaminlik müqaviləsi əsasında QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, LM012000525 №-li restrukturizasiya müqaviləsinin borclu tərəfindən icra edilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icrae dilmədiyi bütün hallar üçün cavabdehdir. Tələbin zaminlərə qarşı hissəsi ilə bağlı məhkəmə göstərir ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə göstərir ki, kreditor ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi üzrə o, borcalanın kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Odur ki, ondan da pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, restrukturizasiya müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödəniş etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, LM012000524 saylı restrukturizasiya müqaviləsi üzrə 3.581,06 manat məbləğində əsas borc, 170,32 manat məbləğində faiz borcu, 0,42 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 3751,80 manat, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, LM012000525 saylı restrukturizasiya müqaviləsi üzrə 1983,33 manat məbləğində əsas borc, 93,99 manat məbləğində faiz borcu, 0,07 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 2077,39 manat məbləğində borcu və 78,30 manat dövlət rüsumu tutularaq, LPO Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, LM012000524 saylı restrukturizasiya müqaviləsi üzrə 3.581,06 manat məbləğində əsas borc, 170,32 manat məbləğində faiz borcu, 0,42 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 3751,80 manat borc, xx.xx.2020-ci il tarixli, LM012000525 saylı restrukturizasiya müqaviləsi üzrə 1983,33 manat məbləğində əsas borc, 93,99 manat məbləğində faiz borcu, 0,07 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 2077,39 manat məbləğində borc və 78,30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-2081/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2081/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver