Məhkəmə qərarları › İş №e-2(049)-2090/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2090/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2090/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli, LFFM/020 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 1337,37 (bir min üç yüz otuz yeddi manat otuz yeddi qəpik) manat - bundan 1292,76 (bir min iki yüz doxsan iki manat yetmiş altı qəpik) manat əsas borcun, 44,61 (qırx dörd manat altmış bir qəpik) manat faiz borcun və iş üzrə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq iddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2023-cü il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, LFFM1/070 nömrəli restrukturizasiya müqaviləsi ilə xx.xx.2013-cü il tarixli, LFMT/1145 nömrəli kredit müqaviləsi üzrə 1309 (bir min üç yüz doqquz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit üzrə əsas borcu və faiz borcunu ödəniş cədvəlinə uyğun tam şəkildə ödəməklə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 1348.99 manat məbləği iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kreditin ödənişi qaydalarına lazımi qaydada riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 04 sentyabr 2019-cu il tarixli, LFFM1/070 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrəcəmi 1354,86 (bir min üç yüz əlli dörd manat səksən altı qəpik) manat - bundan 1308,75 (bir min üç yüz səkkiz manat yetmiş beş qəpik) manat əsas, 46,10 (qırx altı manat on qəpik) manat faiz borcun, 0,01 (bir qəpik) cərimə borcun və iş üzrə ödənilmiş 34 (otuz dörd) manat borcu vardır. Cavabdehə rəsmi xəbərdarlıq edilsə də, o, kredit borcunun ödənilməsi ilə əlaqədar onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Kredit müqaviləsinin şərtinə əsasən həmin müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, borcverən müqavilə üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 34.00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 24 oktyabr 2019-cu il tarixli, LFFM/020 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə 1292,76 (bir min iki yüz doxsan iki manat yetmiş altı qəpik) manat əsas borcun, 44,61 (qırx dörd manat altmış bir qəpik) manat faiz borcun və iş üzrə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, LFFM1/070 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1 il güzəşt müddəti ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 1309.00 manat məbləğində kredit verilmişdir. Cavabdehə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 1348.99 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh onunla iddiaçı arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, LFFM1/070 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun könüllü ödənilməsi tələbi ilə iddiaçı tərəfindən ona xəbərdarlıq edilərək əks halda, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında icra etmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdən ötrü iddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 1655 manat əsas borc, 58.68 manat faiz borcunun tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 0.04 manat cərimə borcunun tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 34.00 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli, LFFM1/070 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilsin Həmin müqavilə üzrə cəmi 1354,86 borc və iş üzrə ödənilmiş 34 manat dövət rüsumu tutularaq iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar