Məhkəmə qərarları › İş №e-2(049)-2092/2024

Lənkəran Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(049)-2092/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2092/2024 19.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik mübahisələrə dair iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 1618.53 AZN əsas borc, 30.11 AZN faiz borcu, 2.56 AZN cərimə - cəmi 1651.20 AZN borc və 62.31 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə rəsmi qaydada göndərilmişdir. İş məhkəmənin icraatında olduğu müddətdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli elektron ərizə göndərərək iddia tələbində borc məbləğinin texniki səhv olaraq cəmi 1651.20 AZN miqdarında qeyd edildiyini və ərizənin mətnində 8-ci abzasda cavabdehin adının yanlış yazıldığını bildirmiş, qəti tələb olaraq Cavabdeh iddiaçının xeyrinə 3578 AZN əsas borc, 582,73 AZN faiz borcu, 29,30 AZN cərimə - cəmi 4190,03 AZN borc və 62.31 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan ərizənin də surəti cavabdehə göndərilmişdir. Lakin cavabdeh qanunla müəyyən olunmuş müddətdə iddia tələbinə münasibət bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(049)2092/2024 nömrəli qətnaməsi ilə cavabdehdən iddiaçının "xxxx" KB ASC-nin xeyrinə 1618.53 AZN əsas borc, 30.11 AZN faiz borcu, 2.56 AZN cərimə - cəmi 1651.20 AZN borc və 62.31 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslər iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə baxılmasına dair hazırki məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinin məzmununa görə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməklə məhkəməyə təqdim edilmiş sənədlərin (bildiriş, maliyyə arayışı) ümumi məzmunundan da göründüyü kimi, cavabdehin iddiaçıya olan borcu dəqiqləşmədən sonra məhkəməyə təqdim edilmiş hazırki iddia tələbinə uyğundur. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 62.31 AZN dövlət rüsumu da cəmi 4190,03 AZN borc tələbinə uyğun olaraq ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(049)-2092/2024 nömrəli qətnaməsinin nəticə hissəsindən isə görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 1618.53 AZN əsas, 30.11 AZN faiz 2.56 AZN cərimə - cəmi 1651.20 AZN borc və 62.31 AZN məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilərkən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi diqqətdən yayınmışdır. İddiaçı hazırki tələbini tam şəkildə əhatə edən sübutlarını məhkəməyə təqdim etdiyi halda, həmin ərizə nəzərə alınmadan əvvəlki iddia tələbində qeyd edilmiş məbləğ üzrə qətnamə çıxarılmışdır. Qeyd olunan prosessual hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(049)-2092/2024 nömrəli qətnaməsinin nəticə hissəsində xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun miqdarı tam şəkildə öz əksini tapmadığına görə borcun qalan hissəsinin cavabdehdəan iddiaçının xeyrinə tutulması barədə əlavə qətnamə çıxarılmalıdır. Əlavə qətnamədə əsas borc 1959.47 AZN (3578 - 1618.53 = 1959.47), faiz borcu 552,62 AZN (582.73 - 30.11 =552.62), cərimə borcu 26.74 AZN (29.30 - 2.56 = 26.74) miqdarında qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 229-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(049)-2092/2024 nömrəli qətnaməsində qeyd edildiyindən əlavə olaraq 1959.47 AZN əsas borc, 552,62 AZN faiz borcu, 26.74 AZN cərimə - cəmi 2538.83 AZN tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Əlavə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində əlavə qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar