Məhkəmə qərarları › İş №e-2(049)-2108/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2108/2023

22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2108/2023 22.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran rayon Məhkəməsinin hakimi X1 - İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsini və ona əlavə edilmiş sənədləri 22 may 2023-cü il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Verilmiş həmin ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməli və ərizə, ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində avbtomobilin 12 gün müddətinə cavabdehə etibarnamə ilə verildiyini göstərsə də həmin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablamışdır. Yəni tarix yüksəlmə xətti ilə göstərilməli olduğu halda, enmə xətti ilə göstərilmişdir. Bundan əlavə iddiaçının təqdim etdiyi sənədlərdən onlarla iddia tələbi arasındakı səbəbli əlaqənin olmasını aydınlaşdırmaq mümkün deyildir. Bunun üçün məhkəmə iclasının qurulmasına zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. MPM-nin 284-4.2-ci maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır... Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən isə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından həmin ərizənin qəbul olunmasından imtina olunmalı, həmin ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı verdiyi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul olunmasından imtina olunsun. İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, onun həmin tələblə bağlı iddia icraatı qaydasında məhkəməyə iddia ərizəsi vermək hüquqları vardır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilmir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar