Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2115/2025 23.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X7, Cavabdeh: Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, 2233,00 manat sığorta ödənişi və 42,33 manat məbləğində dövlət rüsumunun, cəmi 2275.33 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21060” markalı, 42CA298 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh X3 xx.xx.2020-ci il tarixdə “VAZ 21060” markalı, 42CA298 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 280 ” markalı, 20CX430 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 233,00 (bir yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lənkəran ŞRPŞ DYPB-nin AtaSığorta ASC-yə təaqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21060” , 42CA298 dövlət qeydiyyat nişanlı avtomobili idarə edmək hüququnun olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinim 05 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1970-ci il təvəlüdllü Cavabdeh sürülcülük vəsiqəsi verilməmişdir. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etiraz göndərdiyi üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə “VAZ 21060” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran şəhəri ərazisində “Mercedes Benz 280 ” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin zaman onun sürücülük vəsiqəsi olmamışdır. Hadisə zamanı o, əks istiqamətdə avtomobili idarə etmişdir. Hadisə zamanı o, qarşı tərəfə 700 manat təklif etmiş, sığorta agenti bu pulu ondan tələb etmişdir, lakin sonradan məbləğ şişirdilmişdir. Hesab edir ki, onun sürücülük vəsiqəsi olmadığından onu sığorta etməməli idilər. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Cavabdeh onun tanışıdır və sonuncunun sürücülük vəsiqəsi yoxdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21060” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran şəhəri ərazisində “Mercedes Benz 280” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Cavabdeh əks istiqamətdə avtomobili idarə etmişdir. Hadisə zamanı o, da orada olmuş və sığorta agenti orada qarşı tərəfə 700 manata verəcəkləri halda işi həll edəcəyini bildirmişdir. Sonradan məbləğin şişirdildiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır və sonuncunun sürücülük vəsiqəsi yoxdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21060” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran şəhəri ərazisində “Mercedes Benz 280” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı Cavabdeh əks istiqamətdə avtomobili idarə etmişdir. Hadisə zamanı o, da orada olmuş və sığorta agenti orada qarşı tərəfə 700 manata verəcəkləri halda işi həll edəcəyini bildirmişdir. Sonradan məbləğin şişirdildiyini bilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış xx.xx.2020-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X8 arasında sığorta bağlanmış və “VAZ 21060” markalı, 42CA298 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış xx.xx.2025-ci il tarixli Baş X15i İdarəsinin məktubundan görünür ki, xx.xx.1970-ci il təvəlüdllü X1 vəsiqəsi verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış 004806 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin hesabından X6 hesabına 2233 mant pul köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış xx.xx.2020-ci il tarixli il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh Əkrəm oğlunun xəsarət alması barədə toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rəd edilmişdir. Cavabdeh Əkrəm oğlu barədə Azərbaycan Respublikasının İXM-nin 332.2-ci maddəsi ilə tədbir görülməsindən ötrü Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış xx.xx.2020-ci il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, Mersedes 280 markalı 20 CX- 430 dövlət qeydiyyat nişanlı avtomobilə 3150 manat ziyan dəyməsi müəyyən dilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış MAPSdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1mə iclasında elan olunmaqla araşdırılmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı cavabdehdən öhdəliyinin yerinə yetriməsi ilə bağlı pretenziya məktubu göndərmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla araşdırılmış ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 42.33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-nin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-nin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar haqqında” Qanununun 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21060” markalı, 42CA298 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21060” markalı, 42CA298 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 280 ” markalı, 20CX430 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 233,00 (bir yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh sürülcülük hüququ olmamışdır. Belə olan halda Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Buna görə də iddia təmin edilməli və 2233 manat sığorta ödənişi məbləği iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2233 manat sığorta ödənişi məbləği və ödənilmiş 42.33 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-2115/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2115/2025
23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver