Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2149/2023 21.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə,İddiaçı Cavabdeh qarşı «mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən Cavabdeh məxsus olan evin onun həyətinə baxan hissəsində olan pəncərələrinin cavabdehin hesabına bağlanması və ödənilmiş 100 manat dövlət rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur.Qonşusu Cavabdeh aralarında olan hasardan təxmini 0.80 sm aralıqda ikimərtəbəli ev tikili inşa etməyə başlamışdır. Onlar ailəvi olaraq Bakı şəhərində yaşadıqları üçün sözügedən evin tikintisi başladığı zaman onun bu barədə məlumatı olmamışdır. 2020-ci ilin iyul ayının əvvəlindən başlayaraq cavabdeh sözügedən evin ikinci mərtəbəsinin tikintisinə başlamışdır. Evin onun evinə demək olar ki, bitişik olması və evin onlara tərəf olan hissəsində 1 ədəd otaq, 2 ədəd sanitar qovşağın pəncərələrinin olması barədə aralarında mübahisə olsa da cavabdeh qanunvericiliyin tələblərini heçə sayaraq tikintiyə davam etmişdir. Bundan sonra tərəfindən xx.xx.2020-ci ildə Lənkəran ŞİH–ə müraciət edilmiş və icra hakimiyyətinin nümayəndəsi tərəfindən tikintiyə dair sənədlər tələb edildikdən sonra məlum olmuşdur ki, cavabdehin ümumiyyətlə tikintiyə dair heç bir sənədi yoxdur. xx.xx.2020-ci il tarixdə tərəfindən Lənkəran şəhərrayonpolis şöbəsinə müraciət edilmişdir. Sahə inspektoru əraziyə baxış keçirdikdən sonra cavabdeh tikintini dayandırdı. Bundan sonra cavabdeh layihəni qanunsuz yolla razılaşdırsa da, şəhərsalma və tikinti normalarına riayət etməyərək tikintiyə davam etmişdir. İcra hakimiyyətinin məsul şəxsləri tərəfindən dəfələrlə ona xəbərdarlıq edilsə də, hər dəfə onlara “kişi sözü” adı ilə yalan vədlər verir, kərpicləri evin içindən düzərək guya bağladığı görüntüsünü yaradır. Lakin bir müddət sonra yenidən həmin kərpicləri götürərək öz çirkin niyyətini ortaya çıxarır. Aleksandr Düma “Qafqaz səfəri”ndə deyirdi: "Elə xalqlar var ki, öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən də boyun qaçırır. Azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil. Azərbaycanlı verdiyi sözdən heç vaxt dönməz". Bundan başqa, sanitar qovşağının onların evinə bitişik tikilməsi onun pəncərəsindən gələn pis üfunət qoxusu və su səsləri onun ümumiyyətlə eyvanda oturmağını, öz mülkiyyətindən sərbəst istifadə etməyinə maneə yaradır. Cavabdeh və onun ailə üzvləri ilə qohum olsa da onunla heç bir faktiki münasibəti yoxdur. Sözügedən pəncərələrin olması onun şəxsi həyatına birbaşa müdaxilədir və gələcəkdə daha böyük münaqişələrə yol açacaqdır. Həmin otaqda başqa pəncərənin də olması bunun birbaşa əyani sübutudur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 210.3 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 260.5 kv.m olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə **********4 qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədazil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmasından ötrü 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/6184 №-li, 24 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə dair tərtib olunmuş Texniki Pasport sənədi təqdim edilmədiyindən iddiaçıya məxsus evin texniki pasporta uyğun inşa edilibedilmədiyini müəyyən etmək mümkün olmamışdır.Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin planlı yerləşməsi, ölçüləri və digər texniki parametrlərinin həmin evə dair tərtib edilmiş texniki pasport sənədinə uyğun olduğu və cavabdehə məxsus evin xx.xx.2022-ci il tarixli, **********23-10301 reyestr nömrəli texniki pasporta uyğun inşa edildiyi müəyyən edilmişdir.Cavabdeh məxsus, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə məxus xx.xx.2022-ci il tarixli, **********23-10301 reyestr nömrəli texniki pasport sənədində mübahisələndirilənpəncərələrin (birinci mərtəbə 3 saylı yaşayış otağında, ikinci mərtəbədə 8 saylı sanitar qovşağında və 6 saylı mətbəxdə) nəzərdətutulduğu və həmin pəncərələrin planlı yerləşməsinin texniki pasporta uyğunolduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatları və iş materiallarında olan sənədlərlə qarşılıqlı şəkildə araşdırıb,aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətinə baxan hissəsində olan pəncərələrin cavabdehin hesabına bağlanmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Eyni zamanda sözügedən Məcəllənin 171.1-171.3-cü maddələrinin tələblərinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunan hüquq normasının tələbləri baxımından İddiaçı mülkiyyət hüququna müdaxilənin mövcudluğunu və həmin müdaxilənin məhz cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı qeyd olunan halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı pəncərələrin hansı səbəblərdən bağlanılmasını, həmin pəncərələrin onun mülkiyyətinə nə kimi məhdudiyyət törətdiyini, bu məhdudiyyətin nədən ibarət olmasını, nəticədə isə mülkiyyət hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Nəzərə almaq lazımdır ki, bu işdə əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Çünki cavabdehin inşa etdiyi ev öz mülkiyyətində olan torpaq sahəsi daxilindədir və inşa plan sexmə uyğun həyata keçirilmişdir. Odur ki, iddianın təmini onun mülkiyyətinə qanuni əsaslara söykənməyən müdaxilə olar. Bundan başqa, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6184 №-li, 24 oktyabr 2023-cü il tarixli rəyindədə qeyd olunmuşdur ki,Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin planlı yerləşməsi, ölçüləri və digər texniki parametrlərinin həmin evə dair tərtib edilmiş texniki pasport sənədinə uyğundur və cavabdehə məxsus evin texniki pasporta uyğun inşa edildiyi müəyyən edilmişdir.Eyni zamanda, Cavabdeh məxsus, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə məxus xx.xx.2022-ci il tarixli, **********23-10301 reyestr nömrəli texniki pasport sənədində mübahisələndirilən pəncərələrin nəzərdə tutulmuşdur və həmin pəncərələrin planlı yerləşməsi texniki pasporta uyğundur. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı iddia tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, təqdim edilən və məhkəmənin sorğusu əsasında əldə edilən sübutlar isə iddianın əsaslılığını təsdiq etmədiyindən İddiaçı Cavabdeh qarşı «mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri İddiaçıaid edilməklə, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri İddiaçı aid edilməklə, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-2149/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2149/2023
21.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver