Məhkəmə qərarları › İş №e-2(049)-2168/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2168/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2168/2025 10.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsindən irəli gələn pul tələbinə» dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********34 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 7276.38 AZN, faiz borcu üzrə 685.6 AZN olmaqla cəmi 7961.98 AZN borcu, xx.xx.2023-cü il tarixli TL-EE000803102 saylı Tam Kart müqaviləsinə əsasən əsas borc üzrə 599.99 AZN, faiz borcu üzrə 72.44 AZN olmaqla cəmi 672.43 AZN borcu olmaqla ümumilikdə cəmi 8634.41 (səkkiz min altı yüz otuz dörd tamyüzdə qırx bir) AZN borc və 106.35 AZN dövlət rüsumu, habelə 0.4 AZN manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********34 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 48 ay müddətinə 10000 manat məbləğində nəğd kredit, xx.xx.2023- cü il tarixli TL-EE000803102 saylı Tam Kart müqaviləsinə əsasən ona Bank tərəfindən 36 ay müddətinə 600 manat kart kredit limiti verilmişdir. Borclu tərəfindən yuxarıda qeyd edilən kredit müqavilələrinin şərtlərinə uyğun olaraq kredit müqavilələri üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün kreditor səy göstərsə də, borclu öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Bunun nəticəsinə Cavabdehxx.xx.2023-cü il tarixli BPM**********34 saylı Kredit müqaviləsinə əsasənəsas borc üzrə 7276.38 AZN, faiz borcu üzrə 685.6 AZN olmaqla cəmi 7961.98 AZN borcu,xx.xx.2023-cü il tarixli TL-EE000803102 saylı Tam Kart müqaviləsinə əsasən əsas borc üzrə 599.99 AZN, faiz borcu üzrə 72.44 AZN olmaqla cəmi 672.43 AZN borcu olmaqla ümumilikdə cəmi 8634.41 AZN borcu mövcuddur. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirib ki, iddianı qəbul edir, əvvəllər FHN-nin yanxından mühafizə hissəsində işləmiş və kredit ödənişlərini etmişdir. Lakin sonradan işdən çıxdığı üçün ödənişləri edə bilməmişdir. Yenə işə bərpa edilib ödənişləri edəcəkdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli BPM**********34 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən illik 48 ay ərzində qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit, xx.xx.2023-cü il tarixli TL-EE000803102 saylı Tam Kart müqaviləsinə əsasən ona Bank tərəfindən 36 ay müddətinə 600 manat kart kredit limiti verilmişdir. Kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********34 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 10000 manat məbləğində nağd pul götürmüşdür. Kassa məxaric orderindən görünür ki, "xxxx" ASC Cavabdeh xx.xx.2023-cü il tarixli TL-EE000803102 saylı Tam Kart müqaviləsi üzrə 600 manat məbləğində kredit xətti ayırmışdır. xx.xx.2023-cü il tarixli BPM**********34 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 48 ay müddətində hər ay 298.48 manat, son ayda 297.97 manat xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2027-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-nə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 106.35 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin göstərilən halları işdə iştirak edən tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********34 saylı Kredit müqaviləsinə əsasənəsas borc üzrə 7276.38 manat, faiz borcu üzrə 685.6 manat olmaqla cəmi 7961.98 manat borcu, xx.xx.2023-cü il tarixli TL-EE000803102 saylı Tam Kart müqaviləsinə əsasən əsas borc üzrə 599.99 manat, faiz borcu üzrə 72.44 manat olmaqla cəmi 672.43 manat borcu olmaqla ümumilikdə cəmi 8634.41 manat borcunun tutulmalı, həmçinin iddia ərizəsi üçün ödənilmiş 106.35 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçıya verilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********34 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 7276.38 manat, faiz borcu üzrə 685.6 manat olmaqla cəmi 7961.98 manat, xx.xx.2023-cü il tarixli TL-EE000803102 saylı Tam Kart müqaviləsi üzrə əsas borc üzrə 599.99 manat, faiz borcu üzrə 72.44 manat olmaqla cəmi 672.43 manat, ümumilikdə cəmi 8634.41 manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 106.35 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar