Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2177/2025 14.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASCn-nin Cavabdeh qarşı sığorta müqaviləsindən irəli gələn pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5860,00 (beş min səkkiz yüz altmış) manat sığorta ödənişi məbləğinin və 78,60 (yetmiş səkkiz manat altmış qəpik) manat dövlət rüsumunun, cəmi 5938,60 (beş min doqquz yüz otuz səkkiz manat altmış qəpik ) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "VAZ 2107" markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə "VAZ 2107" markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X4, X6, X1, X3 və X9 sağlamlıqlarına yüngül xəsarət yetirilmiş və “Mercedes Benz” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 8750,00 (səkkiz min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsinə dair "xxxx" ASC-yə təqdim olunmuş sənədlərin surətindən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi anda sərxoş olduğu qeyd olunmuşdur. Lənkəran ŞRP-İnin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Lənkəran Rayon Polis X5 müstəntiqi polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş 15 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh yol nəqliyyat hadisəsi törədən zaman sərxoş olması barədə izahatında etirafını etmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş 8750,00 (səkkiz min yeddi yüz əlli) manat məbləğin 2890,00 ( iki min səkkiz yüz doxsan) manat olan hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS- 25/848 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək "xxxx" ASC-yə ödənilməmişdir. İddiaçı "xxxx" ASC elektron ərizə göndərərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin xahişini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddianı qəbul edir, qəzanı törətmiş və üzərindən bir xeyli müddət keçmiş, uzun müddətdir "xxxx" ASC-yə az miqdarda hissə-hissə ödənişlər etmişdir. Lakin hazırda iddiaçı ilə ödənişlərin hisssəsihhəs ödənilməsi ilə razılaşa bilmir. Borcunu tam şəkildə qəbul edir. Ödənişi birdəfəyə edə bilmir. Bu səbəbdən də ödənişlərin hissə-hissə edilməsinə razıdır. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. İddia ərizəsinə əlavə edilmiş: Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, xx.xx.2019 tarixdə PAA********** şəhadətnamə nömrəli, sığorta müqaviləsi bağlanmış, xx.xx.2019-ci il tarixdə 09:18-də qüvvəyə minmiş, xx.xx.2020-ci il tarixdə 09:18-də qüvvədən düşmüş, 1 il müddətinə olmuş, ödəniş kodu **********90 ibarətdir, sığortaçı "xxxx" ASC Cavabdeh Həmid oğlu 42BU807 VAZ 2107 BAN nömrəsi: Şassi nömrəsi: Mühərrik nömrəsi: XTA**********5468 mühərrik nömrəsi ******* olan, istehsal ili 2002 olan Nəqliyyat vasitəsinin növü minik avtomobil olan sığorta predmeti barəsində sığorta müqaviləsi bağlanmışdır. Sığorta ödənişi əmlaka vurulan zərərə görə: 5 000 (beş min) AZN, Sağlamlığa vurulan zərərə görə: (bir şəxs üçün): 5 000 (beş min) AZN (bir hadisə üzrə): 50 000 (əlli min) AZN təşkil edir. xx.xx.2020-cil tarixdə Ülfət Məlikov Atasığorta ASC-yə müraciət edərək, xx.xx.2019cu il tarixli yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı sığorta tədbiri görülməsini xahiş etmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 1706 akt nömrəli 01 yanvar 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh hadisə törətdiyi zaman 0.8 % yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Lənkəran ŞRPŞ-nin məlumatından görünür ki, xx.xx.2019-cu il tarixdə saat 23:02də Lənkəran rayonu, Göyşaban kəndində toqquşma - yol nəqliyyəat hadisəsi baş vermiş, təqsirli olan şəxs Cavabdehdur və o, X2 məxsus 42BU807 nömrəli dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. xx.xx.2020-ci il tarixli 03/16 nömrəli, 03/23 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X4 bədəni üzərində - sol bud-çanaq oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hemtoması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şaraitdə, yəni xx.xx.2019-cu il tarixdə sərnişin olduğu mikroavtobus minik avtomaşını ilə toqquşması zamanı mikroavtobus salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa—müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X9 bədəni üzərində - sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı, burun nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərann təsviri hissəsində göstərilən müddətdə və şaraitdə, yəni xx.xx.2019-cu il tarixdə sərnişin olduğu mikroavtobus minik avtomaşını ilə toqquşması zamanı mikroavtobus salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli 15 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X6 bədəni üzərində - sağ diz oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsihematoması aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şaraitdə, yəni xx.xx.2019-cu il tarixdə sərnişin olduğu mikroavtobus minik avtomaşını ilə toqquşması zamanı mikroavtobus salonunun qabaırıq hissəsinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli 22 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində - sol bud-çanaq oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsihematoması aşkar edilmişdir. 31,12.2019-cu il tarixdə sərnişin olduğu mikroavtobus minik avtomaşını ilə toqquşması zamanı mikroavtobus salonun qabarıq hissəsinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. 2758203, ******* nömrəli və ******* nömrəli, xx.xx.2020 tarixli ödəniş tapşırıqlarından görünür ki, ATASİĞORTA AÇİQ SƏHMDAR CƏMİYYƏTİ tərəfindən 20-0183003AA- 120120 saylı sığorta aktına əsasən X7 ayrı ayırılıqda 3 dəfə 750.00 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, sığortaçı Atasığorta ASC ilə Cavabdeh VAZ2107 42BU807 dövlət qeydiyyat nişanlı sığorta predmetinə dair sığorta xx.xx.2019-cı il tarixdə sığorta başlamış, xx.xx.2020-ci il tarixdə sığorta qurtarmış, məbləğ 55 min manat təşkil edir, zərərdəymiş əmlak X15 90ON857 qeydiyyat nömrəli avtomobil zərərdəymiş əmlakdır. Sığorta hadisəsi xx.xx.2019-cu il tarixdə Lənkəran rayonunda baş vermiş, Lənkəran ŞRPŞ İB tərəfindən qeydə alınmışdır. Dəymiş zərər 7 min 172 manat məbləğ təşkil edir, hesablanmış sığorta ödənişi və yekun sığorta ödəniş məbləği 5 min manatdır. Sığorta ödənişini alan X8r. xx.xx.2025-ci il tarixli Hesablama aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsinə əsasən X15 90ON857 dövlət qeydiyyat nişanlı avtomobilin kapotu 200 manat, rezin boru 20 manat, şüşəsilənin mühərriki 40 manat, su baçoku 40 manat, antifirizin baçoku 60 manat, radiator və kondisioner radiatoru 200 manat, kompressor 350 manat, sükan mexanizminin gücləndiricisi 200 manat, turbin 1200 manat, ön almacıq 40 manat, hava baçoku 60 manat, ön qanad 120 manat, Ön bakavin 70 manat, ABS 120 manat, ABS-in borucu 100 manat, hidromufta 120 manat, qanadaltı 80 manat, ön bamper 300 manat, ön işıq 210 manat, ön panel 600 manat, rama 80 manat, mühərrikin yastığı 32 manat, interkuller 200 manat, ön üzlük 100 manat, pompa 50 manat, ön traves 250 manat, sükan mexanizmi 550 manat olmaqla cəmi 5 min 802 manat, dəmmirçi işi 500 manat, rəngsaz işi 500 manat, çilingər işi 200 manat, armatur işi 150 manat, razval 20 manat olmaqla cəmi 1370 manat, ümumilikdə cəmi 7172 manat təşkil edir. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli Cavabdeh ünvanlanmış məktubdan görünür ki, iddiaçı "xxxx" ASC 5860,00 (beş min səkkiz yüz altmış) manat sığorta ödənişi məbləğinin və 78,60 (yetmiş səkkiz manat altmış qəpik) manat dövlət rüsumunun, cəmi 5938,60 (beş min doqquz yüz otuz səkkiz manat altmış qəpik ) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmasına dair məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019cu il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən ümumilikdə 8750 manat ödəniş edilmiş, həmin məbləğin 2890 manatı cavabdeh tərəfindən geri qaytarılmış, hazırda cavabdeh iddiaçıya 5860 manat borcunun olmasını etiraf edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qeyd olunan Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığotaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd olunan Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və ya. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ödənişinin Cavabdeh tutularaq 5860,00 (beş min səkkiz yüz altmış) manat sığorta ödənişi məbləğinin və 78,60 (yetmiş səkkiz manat altmış qəpik) manat dövlət rüsumunun, cəmi 5938,60 (beş min doqquz yüz otuz səkkiz manat altmış qəpik ) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 78,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir, ona görə də, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tutularaq 5860,00 (beş min səkkiz yüz altmış) manat sığorta ödənişi məbləğinin və 78,60 (yetmiş səkkiz manat altmış qəpik) manat dövlət rüsumunun, cəmi 5938,60 (beş min doqquz yüz otuz səkkiz manat altmış qəpik ) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5860,00 (beş min səkkiz yüz altmış) manat sığorta ödənişi məbləği və 78,60 (yetmiş səkkiz manat altmış qəpik) manat dövlət rüsumunun, cəmi 5938,60 (beş min doqquz yüz otuz səkkiz manat altmış qəpik ) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2177/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2177/2025
14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver