Məhkəmə qərarları › İş №e-2(049)-2193/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2193/2023

10.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2193/2023 10.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1812,50 manat sığorta ödənişinin əvəzi və dövlət rüsumu əvəzi olaraq ödənilmiş 38,53 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə “Avtonəqliyyat vasitələrinin tam sığortası sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021ci il tarixdə Cavabdeh məxsus sığortasız ** BC *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Hadisə ilə bağlı inzibati tənbeh vermə haqqında Qərar çıxarılmış və qərara əsasən ** BC *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PB *** Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ümumi miqdarı 1912 (bir min doqquz yüz on iki manat, 50 qəpik ) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə "xxxx" ASC azad olma çıxılmaqla 1812,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, sığortalı ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən sığorta ödənişi kimi verilmiş 1812,50 (bir min səkkiz yüz on iki manat, əlli qəpik) manat məbləğində pul vəsaiti subroqasiya qaydasında Cavabdeh-dən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Cavabdehə “Subroqasiya hüququ ilə əlaqədar” xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyinin icra edilməsindən yayınmışlar. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işə onların işrirakları olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunmuş sübutlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştiak edərək, izahatında qeyd etmişdir ki, xx.xx.2021ci il tarixdə o, özünə məxsus ** BC *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Onun avtomaşını sığortasız olmuşdur. Lakin iddia tələbində qeyd edilən və iddiaçı tərəfindən tələb edilən məbləği birdəfəlik ödəyə bilmir. Buna maddi imkanı yoxdur. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi”ndən görünür ki "xxxx" ASC tərəfindən ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-cu il tarixinə kimi sığortalamışdır. İş materiallarında olan Lənkəran RPŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixdə İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına görünür ki, dəymiş ziyana görə "xxxx" ASC tərəfindən 1812,50 (bir min səkkiz yüz on iki manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC “Hesab-faktura”-dan görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi miqdarı 1912 (bir min doqquz yüz on iki) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş Qəbzindən görünür ki "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilməsi üçün 38,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsini və cavabdehin izahatını nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.1, 936.2). MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu əvəzi olaraq ödənilmiş 38,53 manat pul vəsaiti Cavabdeh aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1812,50 manat sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,53 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar