Məhkəmə qərarları › İş №e-2(049)-2272/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2272/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2272/2023 02.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı, ləğv prosessində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı, ləğv prosessində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, 02 avqust 2023-cü il tarixdə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı, ləğv prosessində olan İddiaçı ASC-i cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Yeni İnvestisiya məqsədi ilə 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Yeni İnvestisiya” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 08 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 2866,46 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılır. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3830,55 (üç min səkkiz yüz otuz ABŞ dolları 55 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2285,82 (iki min iki yüz səksən beş ABŞ dolları 82 sent) ABŞ dolları əsas borc, 1160,91 ABŞ dolları faiz borcu və 383,82 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********838 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 3284,02 ABŞ dolları təşkil edir. Bundan 1128,18 ABŞ dolları əsas, 263,77 ABŞ dolları faiz, 1738,63 (ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 153,44 ABŞ dolları faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, İddiaçı ASC cəmi 3284.02 ABŞ dolları - bundan 1128.18 ABŞ dolları əsas, 263.77 ABŞ dolları faiz, 1738.63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən,sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 153.44 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 75.83 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı AC-nə ödənilməsi barədə qətnamə çıxarilmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında ********* saylı 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 3200 ABŞ dolları məbləğində kredit verilmişdir. 08 dekabr 2014-cü i tarixli zaminlik müqaviləsində görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ona zamin durmuş və borcun ödənilməsi üçün bank qarşısında bocalanla birlikdə öhdəlik götürmüşdür. xx.xx.2015-ci il tarixdə bağlanmış əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği 2866.46 ABŞ dolları təşkil etməklə kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılır və bu sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanır. 190006400 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə bağlanmış əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 3830.55 ABŞ dolları təşkil edir və kreditin müddəti bu saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8 faiz ödənilir. Əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik müaviləsi imzalanır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə 1128.18 ABŞ dolları əsas, 263.77 ABŞ dolları faiz, 1738.63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən,sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 153.44 ABŞ dolları faiz borcu, cəmi 3284.02 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan və cavabdehlərə ünvanlanmış bildirişdən və pretenziyadan görünür ki, banka olan kredit borcunun ödənilməsi zəruriliyi barədə onlar rəsmi qaydada xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işdə olan sübutlardan müəyyən edir ki, cavabdehlər tərəflər arasında bağlanmış ********* saylı müqaviləyə Əlavə adlandırılan saziş üzrə üzərilərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə cavabdehlərin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı cavabdehlərin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli, ********* saylı kreit müqviləsi üzrə iddiaçıya olan 1128.18 ABŞ dolları məbləğində əsas borc, 263.77 ABŞ dolları məbləğində faiz borcu, 1738.63 ABŞ dolları məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 153.44 ABŞ dolları məbləğində faiz borcu, cəmi 3284.02 manat məbləğində kredit borcunun olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatsa da, iddiaçı təxminən 2 il 10 aydan sonra, xx.xx.2023-cü il tarixdə zaminə qarşı iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Göründüyü kimi ********* saylı 08 dekabr 2014-cü il tarixli sənəd üzrə Cavabdeh2 öhdəliklərinin icrasını vaxtında təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və zaminlik müqaviləsi bağlandığı vaxtdan qanunla müəyyən edilmiş müdətdən artıq müddət keçdikdən sonra iddiaçı zaminə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür. Buna görə də, məhkəmə iddiaçının Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia tələbinin təmin olunması üçün əsas görmür. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1128.18 ABŞ dolları məbləğində əsas borc, 263.77 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 153.44 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1491.95 ABŞ dolları məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutulub alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, əsas borc 1128.18 ABŞ dolları təşkil etdiyi halda, bank tərəfindən 1738.63 ABŞ dolları cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə, məhkəmə hesab edir ki, həmin 1738.63 ABŞ dolları məbləğində cərimə 100 ABŞ dollarına qədər azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia tələbi 45% təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 75.83 manat məbləğində dövlət rüsumunun 41.71 manatı iddiaçıya, 34.12 manatı Cavabdeh2 aid edilməli və sonuncudan 34.12 manat məbləğində pul alınaraq, iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan LPO “DəmirBank» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1128.18 ABŞ dolları məbləğində əsas borc, 263.77 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 153.44 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1491.95 ABŞ dolları məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutulub, iddiaçı Ləğv prosesində olan LPO»DəmirBank» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilsin. İddia Cavabdeh1 aid və qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 75.83 manat məbləğində dövlət rüsumunun 41.71 manatı iddiaçıya, 34.12 manatı Cavabdeh2 aid edilsin. Cavabdeh2 34.12 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçıya verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar